Qaynar xətt:

(+99450) 247 90 86

16 kənddə qaz olmayacaq

16 kənddə qaz olmayacaq

CƏMİYYƏT

368

19.04.2024, 22:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxu24.com-un məlumatına görə, Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur. Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8900 abonentin qaz təchizatının 22 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.