Miras payı ilə bağlı MÜHÜM MƏLUMAT
09 Noyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
1428
04.03.2025, 17:17
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən İranın nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçilik etməsini istəyib və onun razılığını alıb.
Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatlarına görə, Ağ Ev rəhbəri fevral ayında telefon danışığı zamanı bu barədə birbaşa Putindən kömək istəyib.
Qeyd olunur ki, bu məsələ fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutan Rusiya-Amerika danışıqları zamanı da qaldırılıb.
Martın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bloomberg-ə bildirib ki, Rusiya tərəfi ABŞ-İran münasibətlərinin yaxşılaşdırılması üçün əlindən gələni etməyə hazırdır.
Fevral ayında Tramp İrana qarşı “maksimum təzyiqin” yenilənməsi haqqında sərəncam imzalayıb, lakin Vaşinqtonun bu təzyiqdən tez-tez istifadə etməli olmayacağına ümid etdiyini bildirib.
Yanvarda Putin İran prezidenti Məsud Pezeşkianla görüşündə Moskva və Tehran arasında beynəlxalq gündəm üzrə məsləhətləşmələrə böyük tələbat olduğunu bildirmişdi.
Daha əvvəl Peskov bildirib ki, Rusiya Tehranın nüvə proqramı ilə bağlı problemlərinin həllinə kömək etməyə hazırdır.
Miri
21:18 / 19 Noyabr 2026
40
21:13 / 19 Noyabr 2026
24
21:05 / 19 Noyabr 2026
56
21:00 / 19 Noyabr 2026
51
20:48 / 19 Noyabr 2026
65
20:42 / 19 Noyabr 2026
61
20:31 / 19 Noyabr 2026
74
20:04 / 19 Noyabr 2026
233
19:55 / 19 Noyabr 2026
70
19:53 / 19 Noyabr 2026
177
19:30 / 19 Noyabr 2026
101
19:10 / 19 Noyabr 2026
933
19:05 / 19 Noyabr 2026
108
18:55 / 19 Noyabr 2026
107
18:50 / 19 Noyabr 2026
145
18:07 / 19 Noyabr 2026
352
17:58 / 19 Noyabr 2026
122
17:50 / 19 Noyabr 2026
107
17:47 / 19 Noyabr 2026
499
17:45 / 19 Noyabr 2026
130
17:41 / 19 Noyabr 2026
114
17:34 / 19 Noyabr 2026
119
17:30 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.