Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
638
19.05.2026, 14:24
2022-ci ildə təsdiqlənmiş plan Azərbaycanın iqtisadi rayonları - Qarabağ və Şərqi Zəngəzur üzrə inkişafı istiqamətləndirən əsas xüsusi və strateji çərçivə sənədi kimi çıxış edir.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiya zamanı bildirib.
Onun sözlərinə görə, sənəd şəhərsalma infrastrukturu, ətraf mühitin idarə olunması, resurs bölgüsü, enerji sistemləri, sənaye inkişafı və demoqrafik proqnozlaşdırmanı vahid əlaqələndirilmiş inkişaf çərçivəsində birləşdirir.
"Azad edilmiş ərazilər təxminən 13 600 kvadrat kilometr sahəni əhatə edir və burada 12 şəhər, eləcə də 300-ə yaxın kənd və qəsəbə yerləşir. Bu ərazilərdə təxminən 1,1 milyon insanın məskunlaşdırılması nəzərdə tutulur. Strateji plan Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma, nəqliyyat infrastrukturu, iqtisadi fəaliyyət, ekoloji sistemlər və kənd yaşayış məntəqələri arasında əlaqələndirilmiş inkişaf modelini müəyyən edir", - Anar Quliyev qeyd edib.
O əlavə edib ki, müasir nəqliyyat infrastrukturunun qurulması bərpa prosesinin əsas prioritet istiqamətlərindən biridir. Hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 300 kilometrdən artıq olan avtomobil yolu layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində 48 tunel, 500 körpü və 16 viaduk inşa olunur.
Bununla yanaşı, ümumi uzunluğu 160 kilometr olan iki yeni dəmir yolu xətti və üç beynəlxalq hava limanı regionun daxili və beynəlxalq bağlantı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
"Azad edilmiş ərazilər Azərbaycanın dayanıqlı inkişaf və iqlimə uyğun strategiyalara sadiqliyini əks etdirən “yaşıl enerji zonası” elan edilib. Regional inkişaf modeli xüsusilə hidroenerji, günəş və külək enerjisi sahələrində təmiz enerji mənbələrinə keçidi nəzərdə tutur", - Anar Quliyev vurğulayıb.
17:16 / 11 Noyabr 2026
28
17:13 / 11 Noyabr 2026
47
17:12 / 11 Noyabr 2026
31
16:35 / 11 Noyabr 2026
84
16:07 / 11 Noyabr 2026
98
16:04 / 11 Noyabr 2026
204
16:01 / 11 Noyabr 2026
108
16:00 / 11 Noyabr 2026
86
15:50 / 11 Noyabr 2026
95
15:50 / 11 Noyabr 2026
100
15:40 / 11 Noyabr 2026
94
15:31 / 11 Noyabr 2026
482
15:27 / 11 Noyabr 2026
696
15:13 / 11 Noyabr 2026
115
15:07 / 11 Noyabr 2026
177
14:51 / 11 Noyabr 2026
125
14:43 / 11 Noyabr 2026
197
14:39 / 11 Noyabr 2026
303
14:36 / 11 Noyabr 2026
124
14:26 / 11 Noyabr 2026
4035
14:13 / 11 Noyabr 2026
928
13:58 / 11 Noyabr 2026
355
13:54 / 11 Noyabr 2026
653
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.