Anar Quliyev: Azad edilmiş ərazilərdə 1,1 milyon insanın məskunlaşdırılması nəzərdə tutulur
19 May 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
47
19.05.2026, 14:20
Azad olunmuş ərazilərin yenidən qurulması zamanı beynəlxalq təcrübəni öyrənməyə çalışdıq.
oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən “Qlobal koalisiyaların mərkəzində mənzil təminatı” adlı xüsusi sessiyadakı çıxışında deyib.
“Səmimi desəm, Azərbaycana tam uyğun model tapa bilmədik. BMT və digər beynəlxalq təşkilatların postmünaqişə təcrübəsinə hörmətlə yanaşırıq, lakin prosesin sürətindən razı deyildik. Azərbaycan rəhbərliyinin tapşırığı isə işləri vaxtında həyata keçirmək idi. Çünki Azərbaycan qaçqın və məcburi köçkünləri 30 il boyunca öz evlərinə qayıtmaq arzusu ilə yaşamışdı. Ərazilər qısa müddətdə azad edildi və biz yenidənqurma prosesində keyfiyyət, ləyaqət və təhlükəsizliyi əsas prinsip kimi qəbul etdik. Buna görə də beynəlxalq təcrübəni nəzərə alaraq öz postmünaqişə yenidənqurma modelimizi formalaşdırdıq”, - Hikmət Hacıyev qeyd edib.
O bildirib ki, əsas məsələ dövlət qurumları arasında koordinasiyadır: “Biz Balkan təcrübəsini də öyrəndik və gördük ki, beynəlxalq qurumlar bəzən fəaliyyətləri təkrarlayır. Azərbaycan nümunəsində isə vahid dövlət idarəetməsi tətbiq edildi. Prezident strateji səviyyədə bütün prosesə şəxsən rəhbərlik edir və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verir. İlk mərhələdə infrastruktur qurulur, ərazilərə çıxış təmin edilir və genişmiqyaslı minatəmizləmə işləri aparılır. Bununla belə, mina hadisələrindən tam sığortalanmamışıq. 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 420-dən çox mina hadisəsi baş verib. Çünki insanlar geri qayıdır və ilk getdikləri yerlər öz evləri olur. Lakin əksər hallarda evlərini tapa bilmirlər, çünki onlar dağıdılıb. Üstəlik, evlərə gedən yollar da minalanıb. İnsanlar həm də valideynlərinin məzarlarını ziyarət etmək istəyirlər, lakin həmin yollar da təhlükəlidir. Biz həmin əraziləri təmizləyir, insanlar üçün təhlükəsiz yollar yaradırıq və baş planlar hazırlayırıq. Çünki müasir urbanizasiya və şəhərsalma anlayışı dəyişir. Azad olunmuş əraziləri müasir şəhərsalma və ekoloji standartlara uyğun şəkildə yenidən qururuq. Qarabağ və Şərqi Zəngəzur Prezident tərəfindən “yaşıl zona” elan olunub. Çünki həmin ərazilər hidroenerji, günəş enerjisi və digər bərpa olunan enerji potensialına malikdir. Azərbaycan qısa müddətdə azad edilmiş ərazilərdə 300 meqavatlıq bərpa olunan enerji potensialı yaradıb. Hazırda biz 9 şəhəri və 300 yaşayış məntəqəsini son beş ildə sıfırdan yenidən qururuq. Mina probleminə baxmayaraq, artıq 86 min azərbaycanlının Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunub. Hazırda insanlar həmin ərazilərdə yaşayır, işləyir, təhsil alır və öz həyatlarını yenidən qururlar. Mənzil hər şeydən önəmlidir. “Mənim evim mənim qalamdır” fəlsəfəsi ilə biz regionu yenidən qururuq. Azərbaycan həm beynəlxalq təcrübədən öyrənməyə, həm də öz təcrübəsini bölüşməyə hazırdır. Məhz buna görə Azərbaycan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi üçün uyğun məkan hesab olunur ki, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsi aparılsın. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində, o cümlədən regionumuzda yeni müharibələr və münaqişələr yaranır. Biz şəhərlərin və yaşayış məntəqələrinin necə dağıdıldığını görürük. Belə şəraitdə Azərbaycan həm öyrənməyə, həm də öz postmünaqişə bərpa təcrübəsini paylaşmağa hazırdır”.
15:14 / 19 May 2026
3
15:03 / 19 May 2026
26
15:00 / 19 May 2026
39
14:56 / 19 May 2026
24
14:49 / 19 May 2026
24
14:41 / 19 May 2026
41
14:39 / 19 May 2026
31
14:32 / 19 May 2026
51
14:26 / 19 May 2026
87
14:24 / 19 May 2026
39
14:14 / 19 May 2026
122
14:12 / 19 May 2026
46
14:04 / 19 May 2026
94
14:01 / 19 May 2026
50
14:00 / 19 May 2026
45
13:40 / 19 May 2026
176
13:38 / 19 May 2026
76
13:36 / 19 May 2026
76
13:33 / 19 May 2026
55
13:31 / 19 May 2026
62
13:28 / 19 May 2026
61
13:23 / 19 May 2026
116
13:20 / 19 May 2026
497
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.