Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
819
19.05.2026, 13:33
“WUF13-ün də COP29 kimi uğurlu olmasını gözləyirik”.
Bu sözləri Prezident İlham Əliyev dünən Bakıda 2-ci günü baş tutan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının rəsmi açılış mərasimində deyib.
Prezident qeyd edib ki, WUF13 Azərbaycanda COP29-dan sonra keçirilən ikinci böyük beynəlxalq tədbirdir.
Oxu24.com xəbər verir ki,BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı Ajans.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycanda keçirilən WUF13 forumu ölkənin beynəlxalq imici, Bakının regional tədbir mərkəzi kimi mövqeyi və gələcəkdə xarici marağın artması ilə bağlı müzakirələrə səbəb olub.
"WUF13 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. WUF13 kimi qlobal əhəmiyyətli forumun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm hadisədir. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal gündəlikdə mühüm məsələlərin müzakirə olunduğu etibarlı platformaya çevrildiyini göstərir”, – deyə deputat bildirib.
O qeyd edib ki, son illərdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını nümayiş etdirib:
“Son illərdə COP29, Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və digər beynəlxalq tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını nümayiş etdirib. WUF13 də ölkəmizin dayanıqlı inkişaf, urbanizasiya və müasir şəhər idarəçiliyi məsələlərində fəal tərəfdaş kimi mövqeyini gücləndirəcək.”
“Bakı artıq beynəlxalq tədbirlər mərkəzidir”
Bakının regionun əsas beynəlxalq tədbir mərkəzinə çevrilməsi ilə bağlı suala cavab verən deputat bildirib ki, paytaxt artıq bu statusu qazanıb:
“Əslində Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən biridir. WUF13 kimi forumların keçirilməsi bu statusu daha da möhkəmləndirir. Azərbaycanın coğrafi mövqeyi, təhlükəsiz mühiti, müasir infrastruktur imkanları və formalaşmış təcrübəsi Bakının gələcəkdə regionun əsas beynəlxalq dialoq və konfrans platformalarından birinə çevrilməsinə imkan yaradır.”
“Xarici maraq artacaq”
Müşfiq Məmmədli WUF13-ün Azərbaycana xarici marağın artmasına təsir göstərəcəyini də qeyd edib:
“Belə forumlar hər zaman ölkəyə beynəlxalq diqqəti artırır. Xarici nümayəndələrin və ekspertlərin Azərbaycana yaxından şahid olması ölkəmiz haqqında təsəvvürlərin genişlənməsinə təsir göstərir. Bu isə turizm, investisiya mühiti və biznes əlaqələrinə müsbət təsir edə bilər.”
“Yeni beynəlxalq tədbirlər üçün geniş imkanlar var”
Deputat bildirib ki, WUF13-dən sonra Azərbaycanda müxtəlif sahələr üzrə yeni beynəlxalq forumların keçirilməsi mümkündür:
“Azərbaycan artıq özünü enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, nəqliyyat-logistika, multikulturalizm, rəqəmsal transformasiya və dayanıqlı inkişaf istiqamətlərində beynəlxalq dialoq məkanı kimi təsdiqləyib. Gələcəkdə yaşıl enerji, ağıllı şəhərlər, rəqəmsal iqtisadiyyat və səhiyyə innovasiyaları mövzularında yüksək səviyyəli forumların keçirilməsi üçün geniş imkanlar mövcuddur.”
Deputatın sözlərinə görə, WUF13 təkcə qısamüddətli diqqət deyil, həm də Azərbaycanın uzunmüddətli strateji mövqeyinin və yumşaq güc imkanlarının genişlənməsi baxımından mühüm rol oynayır.
22:44 / 07 İyul 2026
30
22:33 / 07 İyul 2026
43
22:25 / 07 İyul 2026
42
21:41 / 07 İyul 2026
65
21:07 / 07 İyul 2026
84
20:33 / 07 İyul 2026
85
20:23 / 07 İyul 2026
86
20:01 / 07 İyul 2026
84
19:57 / 07 İyul 2026
100
19:44 / 07 İyul 2026
100
19:22 / 07 İyul 2026
94
18:58 / 07 İyul 2026
104
18:26 / 07 İyul 2026
110
18:11 / 07 İyul 2026
100
17:55 / 07 İyul 2026
122
17:55 / 07 İyul 2026
99
17:40 / 07 İyul 2026
105
17:38 / 07 İyul 2026
104
17:30 / 07 İyul 2026
113
17:22 / 07 İyul 2026
111
17:18 / 07 İyul 2026
119
17:11 / 07 İyul 2026
105
17:05 / 07 İyul 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.