Qaynar xətt:

(+99450) 247 90 86

Vurulan məşhur antibiotiklə bağlı AÇIQLAMA 

Vurulan məşhur antibiotiklə bağlı AÇIQLAMA 

TİBB

61

29.10.2026, 22:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beta-laktam+ makrolid tez-tez qarşılaşdığımız antibiotik kombinasiyalarındandır. Bəs nə qədər effektivdir?

Mövzu ilə bağlı Oxu24.com-a danışan infeksionist Roza Murad bildirib ki,müxtəlif illərdə aparılmış geniş tədqiqatlarda bu kombinasiyaların toplum mənşəli pnevmoniyalarda Beta-laktamların təkbaşına istifadəsinə nəzərən hər hansı üstünlüyü təyin edilməyib.

Bəzi köhnə araşdırmalarda atipik törədicili pnevmoniyalarda BL+M kombinasiyası ilə daha yaxşı nəticə əldə edildiyi göstərilsə də son geniş tədqiqatlarda antibiotik istifadəsi və xəstəxanada yatış günlərinin sayı, sağalma və ölüm faizləri demək olar ki, eyni nəticələnib.

Tədqiqat aparılan xəstə qrupundakı pasientlərin hər birinin ağırlığı Curb-65 şkalasında 3+ kimi qiymətləndirilib.

Yersiz kombinasiyalar qeyri-effektiv nəticə ilə yanaşı toksik təsirlərin artması, davamlılıq hallarının çoxalmasına səbəb olur.

Nigar