Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə sarı və narıncı xəbərdarlıq verilib

Əhaliyə sarı və narıncı xəbərdarlıq verilib

CƏMİYYƏT

100

19.11.2026, 16:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.