Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
180
10.09.2026, 18:33
Ağciyərlərdə “su yığılması” ifadəsi gündəlik həyatda geniş istifadə olunsa da, tibbi baxımdan maye əksər hallarda ağciyərin özündə deyil, onu əhatə edən plevra boşluğunda toplanır. Bu vəziyyət müxtəlif xəstəliklərin fonunda yarana və bəzi hallarda ciddi tənəffüs problemlərinə səbəb ola bilər.
Oxu24.com-un məlumatına görə, plevra boşluğunda maye toplanmasının səbəbləri müxtəlifdir və həm onkoloji, həm də qeyri-onkoloji xəstəliklərlə əlaqəli ola bilər. Müalicə taktikası isə mayenin yaranma səbəbindən, miqdarından və pasiyentin ümumi vəziyyətindən asılı olaraq müəyyənləşdirilir.
Ürək və ya böyrək çatışmazlığı nəticəsində plevra boşluğunda maye yarandıqda, hər vəziyyətdə mayenin mexaniki şəkildə boşaldılmasına ehtiyac olmur.
Əgər təcili vəziyyət yoxdursa və maye hər iki tərəfdə nisbətən az miqdardadırsa, əsas xəstəliyin müalicəsinə üstünlük verilir. Belə pasiyentlər, əsasən, kardioloq və ya nefroloqun nəzarətində müalicə alırlar.
Lakin mayenin miqdarı çox olduqda, xüsusilə pasiyentin vəziyyəti ağırlaşdıqda, tibbi göstəriş əsasında müdaxilə edilərək plevra boşluğundakı maye boşaldıla bilər.
Onkoloji xəstəliklər zamanı maye niyə yaranır?
Onkoloji xəstələrdə plevra boşluğunda maye toplanmasının səbəblərindən biri şişin plevraya metastaz verməsidir.
Belə hallarda maye xüsusi üsulla götürülərək laborator müayinəyə göndərilə bilər. Məqsəd mayedə xərçəng hüceyrələrinin olub-olmadığını müəyyənləşdirməkdir. Zəruri hallarda biopsiya da aparılır.
Mayenin təkrar yığılmasının qarşısını almaq məqsədilə müəyyən müalicə üsullarından istifadə edilə bilər.
Plevra boşluğunda maye toplanmasına səbəb olan qeyri-onkoloji xəstəliklər arasında vərəm və pnevmoniya da mühüm yer tutur.
Plevranın vərəmlə zədələnməsi nəticəsində maye toplana bilər. Belə hallarda mayenin boşaldılması, drenaj, zərurət olduqda torakoskopik müdaxilə və biopsiya həyata keçirilə bilər. Ardınca əsas xəstəliyə uyğun müalicə, o cümlədən vərəm əleyhinə preparatlar tətbiq olunur.
Ağır pnevmoniya zamanı da plevra boşluğunda maye yarana bilər. Xəstənin vəziyyətindən asılı olaraq mayenin boşaldılması sağalma prosesinin sürətləndirilməsinə kömək edə bilər.
Plevra boşluğunda maye toplanmasının əsas əlamətlərindən biri nəfəs darlığıdır. Döş qəfəsində ağrı da müşahidə oluna bilər.
Mütəxəsisslər belə şikayətlər yarandıqda ilk növbədə rentgen müayinəsindən keçməyi tövsiyə edirlər. Müayinədə plevra boşluğunda maye aşkarlandıqda isə pasiyent pulmonoloqa və ya torakal cərraha müraciət etməlidirlər.
Plevra boşluğunda maye aşkarlanması müstəqil xəstəlik deyil və onun səbəbi mütləq araşdırılmalıdır. Müalicə də məhz mayenin yaranmasına səbəb olan əsas xəstəliyə uyğun aparılmalıdır.
Nigar
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.