Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA
13 Noyabr 2026, 17:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
19
13.11.2026, 18:15
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin 9-cu zirvə toplantısında iştirak etmək məqsədilə İrlandiyanın paytaxtı Dublinə səfəri yüksək qiymətləndirilməlidir.
Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov Oxu24.com-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Avropa Siyasi Birliyinin 9-cu zirvə toplantısının mövzusu Avropanın güclü, təhlükəsiz və əlaqəli olmasıdır. Gündəliyə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin təhlükəsizlik və müdafiə məsələləri daxildir. Tədbirdə 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. A.Allahverənov qeyd edib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin tədbirlərində iştirakı artıq ənənəvi xarakter alıb və bu iştirakı əhəmiyyətli edən məqamlardan biri də dövlət başçısının keçirdiyi görüşlərdir.
O bildirib ki, Prezident Moldova prezidenti, Bolqarıstanın baş naziri, Avropa Şurasının prezidenti, Litva və Yunanıstan rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Deputatın fikrincə, bu görüşlər ölkənin yaxın perspektivə hesablanmış strateji xarici siyasət kursunu göstərir.
A.Allahverənov xüsusi vurğulayıb ki, Böyük Britaniyanın baş naziri ilə görüş keçirilib və Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq haqqında birgə bəyanat mübadilə olunub. Onun sözlərinə görə, 30 ildən çox müddətdir davam edən əlaqələr bu bəyanatla yeni müstəviyə çıxır: "Bəyanat uzunmüddətli strateji kursun mühüm istiqamətlərini əhatə edir. Burada müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təhsil və innovasiya kimi sahələr xüsusi yer tutur. Bu, iki dövlət arasında əlaqələrin yeni mərhələdə inkişafı üçün ciddi hüquqi əsas yaradır". Deputat əlavə edib ki, əvvəllər Britaniya ilə münasibətlər daha çox neft-qaz üzərindən qurulurdusa, indi iqtisadiyyatın ayrı-ayrı sahələri və təhlükəsizlik məsələləri ön plana çıxır. Bu da işçi qrupları və mexanizmlərin yaradılması yolu ilə həyata keçiriləcək.
Deputat Azərbaycanı orta güc kimi özünü təsdiq etmiş ölkə adlandıraraq bildirib ki, bir çox dövlət onunla əməkdaşlıqda maraqlıdır, görüşülən ölkələrin əksəriyyəti ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə regional təhlükəsizlik, sülh quruculuğu prosesi, delimitasiya və demarkasiya, kommunikasiyaların açılması məsələləri müzakirə olunub. Bu, sülhün bərqərar olmasına xidmət edən mühüm cəhətdir.
A.Allahverənov ikitərəfli görüşlərdə regional təhlükəsizlik, enerji təhlükəsizliyi və strategiyası, nəqliyyat-logistika layihələri, rəqəmsal transformasiya, innovasiya və süni intellekt məsələlərinin ön plana çəkildiyini qeyd edib. Onun fikrincə, bu mövzular Avropa Siyasi Birliyinin əksər dövlətləri üçün aktual olan məsələlərdir.
Deputat Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın Ukrayna Prezidenti tərəfindən yüksək qiymətləndirilməsini də xatırladıb. O bildirib ki, bu, ölkənin beynəlxalq münasibətlər sistemindəki imicindən və nüfuzundan xəbər verir.
18:04 / 13 Noyabr 2026
39
17:59 / 13 Noyabr 2026
43
17:46 / 13 Noyabr 2026
61
17:30 / 13 Noyabr 2026
55
17:18 / 13 Noyabr 2026
53
17:13 / 13 Noyabr 2026
204
17:07 / 13 Noyabr 2026
65
16:59 / 13 Noyabr 2026
71
16:51 / 13 Noyabr 2026
93
16:37 / 13 Noyabr 2026
119
16:29 / 13 Noyabr 2026
93
16:08 / 13 Noyabr 2026
227
16:00 / 13 Noyabr 2026
99
15:42 / 13 Noyabr 2026
357
15:37 / 13 Noyabr 2026
106
15:30 / 13 Noyabr 2026
106
15:01 / 13 Noyabr 2026
135
14:59 / 13 Noyabr 2026
278
14:50 / 13 Noyabr 2026
154
14:46 / 13 Noyabr 2026
122
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
641
14:17 / 13 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.