Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

SİYASƏT

39

13.11.2026, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublində səfərdədir. 50-yə yaxın Avropa dövlət və hökumət başçısının qatıldığı, “Avropa – güclü, təhlükəsiz və əlaqəli” şüarı altında keçirilən bu mötəbər tədbirdə ölkəmiz yüksək səviyyədə təmsil olunur. Sammit çərçivəsində dövlətimizin başçısı “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusuna həsr olunmuş dəyirmi masada iştirak edib. Eyni zamanda, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti, Böyük Britaniya, Çexiya, Rumıniya, Litva, Yunanıstan, Bolqarıstan və digər aparıcı Avropa ölkələrinin liderləri ilə mühüm ikitərəfli görüşlər keçirib. Aparılan müzakirələrdə qitənin enerji təhlükəsizliyinin şaxələndirilməsi, Orta Dəhlizin fasiləsiz işləməsi və Naxçıvan dəmir yolu layihəsi kimi strateji məsələlər diqqət mərkəzində olub. Bu təmaslar Azərbaycanın Avropa üçün nə dərəcədə etibarlı və zəruri tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Xüsusilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda rəsmi Bakının Avropa paytaxtları ilə intensiv dialoqu ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycan Prezidentinin Dublində keçirilən 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemindəki artan çəkisinin və geostrateji mövqeyinin növbəti əyani təzahürüdür.

Deputatın sözlərinə görə, bu mötəbər tədbir Azərbaycanın Avropa siyasi məkanındakı mövqeyinin sadəcə iştirakçı statusu ilə məhdudlaşmadığını, əksinə, qitənin enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları və strateji sabitlik arxitekturasında əvəzedilməz aktor olduğunu bir daha sübuta yetirir:

"Prezident İlham Əliyevin sammit çərçivəsində dəyirmi masada fəal iştirakı, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti və aparıcı Avropa dövlətlərinin rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər Bakının Avropa paytaxtları üçün etibarlı, praqmatik və zəruri tərəfdaş qismində çıxış etdiyini göstərir. Azərbaycanın Avropa Siyasi Birliyinin tədbirlərində təmsil olunması ölkəmizin Avroatlantik məkanla münasibətlərində birtərəfli asılılıq və ya kənarlaşma dövrünün çoxdan geridə qaldığını, Bakının bərabərhüquqlu, qarşılıqlı maraqlara və hörmətə əsaslanan müstəqil xarici siyasət yürütdüyünü qətiyyətlə təsdiqləyir".

Kamran Bayramov qeyd edib ki, bu gün Avropa İttifaqı və onun üzv dövlətləri üçün qitənin enerji təhlükəsizliyinin şaxələndirilməsi, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizin fasiləsiz işləməsi həyati əhəmiyyət daşıyır və Azərbaycan bu strateji xətlərin mərkəzində dayanır:

"Dublində keçirilən görüşlərdə, o cümlədən Aİ Şurasının rəhbərliyi ilə aparılan müzakirələrdə Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmələrin tezliklə yekunlaşdırılmasının vurğulanması və nəqliyyat bağlantılarının inkişaf etdirilməsi onu göstərir ki, Azərbaycan-Avropa münasibətləri artıq ənənəvi çərçivələri aşaraq praktiki infrastruktur inteqrasiyası mərhələsinə qədəm qoyub".

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin bu səfərini ölkəmizin Avropa dövlətləri ilə münasibətlərində tamamilə yeni keyfiyyət mərhələsinin başlanğıcı hesab etmək tamamilə əsaslıdır:

"Çünki bu əlaqələr artıq böhran vəziyyətlərinin idarə edilməsi və ya birtərəfli tələblər müstəvisindən çıxaraq, qlobal çağırışlara – yaşıl enerji keçidi, rəqabətqabiliyyətli iqtisadiyyat, kibertəhlükəsizlik və regional bağlantılara – birgə cavab verən strateji tərəfdaşlıq formatına transformasiya olunur. Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın bölgədə sülhün, sabitliyin və kommunikasiyaların açılmasının əsas təminatçısı kimi qəbul edilməsi, Avropa liderlərinin Bakı ilə birbaşa və intensiv dialoqa üstünlük verməsi bu yeni mərhələnin həm siyasi, həm də coğrafi miqyasını dolğunluğu ilə əks etdirir”.

“Dublində reallaşan 9-cu Zirvə Toplantısı və aparılan yüksək səviyyəli müzakirələr bir daha təsdiq edir ki, Azərbaycan Avropa qitəsinin təhlükəsizlik və iqtisadi arxitekturasından təcrid olunmuş deyil, əksinə, həmin sistemin sabitləşdirici və inkişafetdirici təməl sütunlarından birinə çevrilmişdir",- deyə deputat vurğulayıb.

Çimnaz Telmanqızı

Digər xəbərlər

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

3

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

48

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

50

0
medialiteracy-media-gov
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

54

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

228

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

86

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

93

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

83

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

78

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

270

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

91

0