Sumqayıtda yol çöküb
13 Noyabr 2026, 19:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
13.11.2026, 19:23
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev işdən çıxarılıb. O, işdən azad edilməsinin qərəzli və birtərəfli məlumatlar əsasında həyata keçirildiyini iddia edib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, Teymur Hacıyev barəsində aparılan xidməti araşdırmalarda irəli sürülən ittihamların təsdiqini tapmadığını bildirib. Buna baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi qərarının formalaşdırıldığını qeyd edib.
O, Əmək Məcəlləsinin 187-ci maddəsinə istinad edərək intizam tənbehinin tətbiqi üçün qanunla müəyyən edilmiş bir və altı aylıq müddətlərin ötürüldüyünü vurğulayıb. Hacıyev həmçinin noyabrın 4-5-də ona öz ərizəsi ilə işdən ayrılması üçün təzyiq göstərildiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi ilə hədələndiyini iddia edib.
Altı ildən artıq DOST Agentliyində çalışdığını bildirən Hacıyev peşəkar fəaliyyətinin və xidməti nəticələrinin nəzərə alınmadığını düşünür.
O, ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu, uşaqlarından birinin autizm spektr pozuntusu və əlillik səbəbindən xüsusi qayğıya və davamlı reabilitasiyaya ehtiyacı olduğunu bildirib.
Teymur Hacıyev barəsində aparılmış araşdırmanın nəticələrinin, təqdim etdiyi sübutların və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarının yenidən, hərtərəfli və qərəzsiz araşdırılmasını xahiş edib.
Qeyd edək ki, Hacıyev öz ərizəsi ilə işdən ayrılmaq niyyətində olmadığını bildirir.
19:38 / 13 Noyabr 2026
6
19:35 / 13 Noyabr 2026
1
19:30 / 13 Noyabr 2026
68
19:28 / 13 Noyabr 2026
37
19:05 / 13 Noyabr 2026
53
18:59 / 13 Noyabr 2026
59
18:59 / 13 Noyabr 2026
70
18:50 / 13 Noyabr 2026
71
18:38 / 13 Noyabr 2026
89
18:31 / 13 Noyabr 2026
76
18:26 / 13 Noyabr 2026
79
18:15 / 13 Noyabr 2026
91
18:04 / 13 Noyabr 2026
311
17:59 / 13 Noyabr 2026
101
17:46 / 13 Noyabr 2026
110
17:30 / 13 Noyabr 2026
100
17:18 / 13 Noyabr 2026
95
17:13 / 13 Noyabr 2026
310
17:07 / 13 Noyabr 2026
103
16:59 / 13 Noyabr 2026
103
16:51 / 13 Noyabr 2026
115
16:37 / 13 Noyabr 2026
135
16:29 / 13 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.