Vəzifəli şəxs sevgilisinə görə işdən çıxarıldı - FOTO
13 Noyabr 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
65
13.11.2026, 21:29
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərəfdaşlığı ilə "Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar" mövzusunda tədbir təşkil edilib.
Oxu24.com xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması burada yaşayan nadir canlı növləri, o cümlədən nərə balıqları və Xəzər suitilərinin mövcudluğunu təhlükə altına qoyur.
O, dənizin ekoloji problemlərinin həlli üçün elmi tədqiqatların genişləndirilməsinin, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Çıxışında IDEA İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyalar təşkil edilib, balıq ehtiyatlarının bərpası üçün müxtəlif növ balıq körpələri su hövzələrinə buraxılıb.
Leyla Əliyeva IDEA-nın Xəzər sahillərinin təmizlənməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib. Qeyd olunub ki, 2011-ci ildən etibarən təşkil edilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllü qoşulub, 120 tondan çox tullantı toplanaraq təkrar emala yönəldilib.
O, Xəzər dənizinin gələcəyinin bu gün qəbul edilən qərarlardan asılı olduğunu vurğulayaraq, onun zəngin təbiətini gələcək nəsillər üçün qorumağa çağırıb.
Tədbirin açılışında həmçinin IUCN-in Baş direktorunun müavini Stüart Maqinnis və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı Enerji Bölməsinin direktoru Dario Liquti çıxış ediblər.
Daha sonra keçirilən panel müzakirələrinə IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Böyük Britaniyanın Lids Universitetinin nümayəndəsi Saymon Qudman, "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, eləcə də Cenevrə Universitetinin nümayəndəsi, Caspisnet şəbəkəsinin sədri Aleksandr Hedjazi qatılıblar.
Müzakirələr zamanı Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən iqlim amilləri, biomüxtəlifliyin qorunması, dəniz ekosistemlərinin dəyişən şəraitə uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə IDEA İctimai Birliyi tərəfindən hazırlanmış Xəzər dənizinin mövcud ekoloji vəziyyətinə həsr olunan qısametrajlı sənədli film nümayiş edilib.
21:43 / 13 Noyabr 2026
337
21:36 / 13 Noyabr 2026
27
21:24 / 13 Noyabr 2026
45
21:03 / 13 Noyabr 2026
73
20:58 / 13 Noyabr 2026
77
20:50 / 13 Noyabr 2026
803
20:41 / 13 Noyabr 2026
106
20:37 / 13 Noyabr 2026
85
20:35 / 13 Noyabr 2026
59
20:20 / 13 Noyabr 2026
93
20:09 / 13 Noyabr 2026
291
20:06 / 13 Noyabr 2026
84
20:05 / 13 Noyabr 2026
90
19:58 / 13 Noyabr 2026
286
19:53 / 13 Noyabr 2026
207
19:41 / 13 Noyabr 2026
118
19:38 / 13 Noyabr 2026
704
19:35 / 13 Noyabr 2026
105
19:30 / 13 Noyabr 2026
352
19:28 / 13 Noyabr 2026
175
19:23 / 13 Noyabr 2026
111
19:05 / 13 Noyabr 2026
110
18:59 / 13 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.