Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
284
17.08.2026, 18:51
Qadınlara testosteron nə vaxt təyin olunur?
Son vaxtlar bir çox qadına testosteron preparatları təyin edilir. Xüsusilə arıqlamaq, enerji artırmaq, əzələ qurmaq və ya “hormonları bərpa etmək” məqsədilə.
Bəs bu, həqiqətən klinik tövsiyələrə uyğundurmu?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim Oktay Hüseynov bildirib ki,cavab qısadır: əksər hallarda yox.
Həkimin sözlərinə görə,beynəlxalq endokrinoloji və menopauza cəmiyyətlərinin klinik tövsiyələrinə görə, qadınlarda testosteronun yeganə sübut olunmuş istifadəsi postmenopauza dövründə olan qadınlarda hipoaktiv cinsi istək pozğunluğunun (HSDD) müalicəsidir. Bu diaqnoz yalnız həkim tərəfindən aparılan ətraflı qiymətləndirmədən sonra qoyulur.
Testosteron nə üçün rutin olaraq təyin olunmur?
Klinik tövsiyələr testosteronu aşağıdakı məqsədlərlə tövsiyə etmir:
• arıqlamaq üçün,
• qarın piyini azaltmaq üçün,
• əzələ kütləsini artırmaq üçün,
• enerjini artırmaq üçün,
• depressiya və ya yorğunluğu müalicə etmək üçün,
• osteoporozun profilaktikası üçün.
Yəni analizdə testosteronun aşağı çıxması öz-özlüyündə müalicə göstərişi deyil.
Arıqlamaq üçün testosteron?
Hazırda elmi sübutlar göstərmir ki, testosteron qadınlarda effektiv arıqlama preparatıdır. Əksinə, lazımsız istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər:
• sızanaq,
• üz və bədəndə tüklənmənin artması,
• saç tökülməsi,
• səsin qalınlaşması,
• menstrual pozğunluqlar.
Ən vacib məqam
Qadında çəki artımı, halsızlıq və ya libido azalması varsa, ilk növbədə səbəb araşdırılmalıdır. Bu şikayətlər qalxanabənzər vəz xəstəlikləri, dəmir çatışmazlığı, menopauza, depressiya, yuxu pozğunluğu, şəkərli diabet və digər səbəblərlə əlaqəli ola bilər.
Müalicə analizə deyil, diaqnoza əsaslanmalıdır.
Bu məlumatlar Global Consensus Position Statement (2019) və ISSWSH Clinical Practice Guideline (2021) sənədlərinə əsaslanır.
Sağlamlığınız üçün hormonları yalnız göstəriş olduqda qəbul edin.
Nigar
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.