Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Azərbaycan onları beynəlxalq axtarışa verib

TƏCİLİ! Azərbaycan onları beynəlxalq axtarışa verib

CƏMİYYƏT

624

17.08.2026, 18:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? 

15:43 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? 

133

0
Valideyndən qalan qızıl-zinət əşyaları da miras kimi bölünməlidir? – Vəkildən AÇIQLAMA  

15:32 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Valideyndən qalan qızıl-zinət əşyaları da miras kimi bölünməlidir? – Vəkildən AÇIQLAMA  

104

0
Dəmir çatışmazlığının səbəbi təkcə düzgün qidalanmamaq deyil – Mədə-bağırsaq xəstəlikləri də anemiyaya yol aça bilər  

15:21 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dəmir çatışmazlığının səbəbi təkcə düzgün qidalanmamaq deyil – Mədə-bağırsaq xəstəlikləri də anemiyaya yol aça bilər  

109

0
Büdcədən NK-ya 45 milyon ayrılır 

15:14 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Büdcədən NK-ya 45 milyon ayrılır 

104

0
Ceyhun Məmmədov: Zəfər Günü xalqımızın əzmi və iradəsinin təntənəsidir

15:13 / 06 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ceyhun Məmmədov: Zəfər Günü xalqımızın əzmi və iradəsinin təntənəsidir

103

1
İranın Xəzər dənizinin adını "Kaspian" kimi dəyişmək TƏKLİFİ: Rəsmi Bakı necə yanaşmalıdır?  

15:05 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İranın Xəzər dənizinin adını "Kaspian" kimi dəyişmək TƏKLİFİ: Rəsmi Bakı necə yanaşmalıdır?  

108

0
Pensiyalar verildi

15:00 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Pensiyalar verildi

754

0
Azərbaycanda ailələrə müjdə: ödəniş 2,5 dəfə artırılır – Vacib məqamlar

14:58 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda ailələrə müjdə: ödəniş 2,5 dəfə artırılır – Vacib məqamlar

163

0
Onlayn mağazanın satış gəlirlərini başqa şəxsin bank hesabına yönəltməklə vergidən yayınmaq mümkündürmü?  

14:50 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Onlayn mağazanın satış gəlirlərini başqa şəxsin bank hesabına yönəltməklə vergidən yayınmaq mümkündürmü?  

106

0
Diş çürüməsi ürək qapaqlarının zədələnməsinə səbəb ola bilər – Stomatoloqdan xəbərdarlıq  

14:43 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Diş çürüməsi ürək qapaqlarının zədələnməsinə səbəb ola bilər – Stomatoloqdan xəbərdarlıq  

99

0
Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib 

14:37 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib 

127

0
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü 

14:30 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü 

119

0