Apandisit və böyrək daşı necə fərqləndirilir? -Həkim MƏSLƏHƏTİ
29 İyul 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
65
29.07.2026, 11:30
Ailə həkimləri və kardioloqlar xüsusilə arterial təzyiqdən əziyyət çəkən pasiyentlərin dərman qəbulunda etdiyi ciddi səhvlərdən narahatdırlar. Mütəxəssislərin müşahidələrinə görə, bir çox xəstə həkim tərəfindən təyin olunmuş dərman preparatlarını müntəzəm və ardıcıl şəkildə qəbul etməkdən imtina edir. Təzyiq həblərini yalnız təzyiq yüksəldiyi zaman içmək isə orqanizmdə kəskin fəsadlara və müalicə prosesinin çətinləşməsinə gətirib çıxarır. Müalicə rejiminin belə nizamsız pozulması zamanla daha ağır və yüksək dozalı dərmanların istinad edilməsini məcburi edir. Ən təhdidedici məqam isə stent qoyulmuş ürək pasiyentlərinin dərmanları vaxtlı-vaxtında qəbul etməməsi nəticəsində damarların yenidən tıxanma riskinin kəskin artmasıdır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-kardioloq Dr. Aytən Yunusova bildirib:
"Bəzən pasiyentlər onlara təyin etdiyimiz dərmanları düzgün, ardıcıl olaraq qəbul etmirlər. Məsələn, xəstələrə adi təzyiq dərmanı yazırıq. Onlar ancaq onu düşünürlər ki, əgər təzyiqim qalxarsa, yüksələrsə, mən dərmanımı qəbul edəcəyəm. Amma onlar hər gün o təzyiqi ölçmürlər və vəziyyəti bilmirlər. Dərmanın qəbulunu hardasa təzadlı şəkildə davam etdirirlər”.
Onun sözlərinə görə, sonda pasiyentlər elə bir mərhələyə gəlib çatırlar ki, təzyiq elə bir səviyyələrə qalxır ki, biz artıq onlara kömək etməkdə çətinlik çəkirik. Daha güclü və daha yüksek dozalı dərmanlara müraciət edirik. Təbii ki, bu, insanı yorur.
Həkim qeyd edib ki, biz daima xəstələrə izah etməyə çalışırıq ki, dərmanlar vaxtı-vaxtında içilməlidir. Xüsusilə bunu vurğulamaq lazımdır ki, stent qoyulmuş xəstələr dərmanlarını müntəmadi və davamlı olaraq içməlidirlər. Əks təqdirdə, damarların yenidən tıxanması baş verə bilər. Bütün bu halların ağırlığı xəstələrə izah olunsa da, müəyyən hallarda xəstələr bu məsələlərə yüngül baxırlar.
12:51 / 29 İyul 2026
1
12:45 / 29 İyul 2026
31
12:30 / 29 İyul 2026
50
12:25 / 29 İyul 2026
43
12:20 / 29 İyul 2026
42
12:13 / 29 İyul 2026
56
12:10 / 29 İyul 2026
53
12:00 / 29 İyul 2026
56
11:40 / 29 İyul 2026
59
11:36 / 29 İyul 2026
58
11:36 / 29 İyul 2026
302
11:15 / 29 İyul 2026
65
11:11 / 29 İyul 2026
94
10:53 / 29 İyul 2026
64
10:50 / 29 İyul 2026
61
10:50 / 29 İyul 2026
57
10:48 / 29 İyul 2026
889
10:45 / 29 İyul 2026
66
10:37 / 29 İyul 2026
285
10:35 / 29 İyul 2026
82
10:35 / 29 İyul 2026
67
10:25 / 29 İyul 2026
179
10:17 / 29 İyul 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.