Bir kilo polad ağırdır, yoxsa bir kilo quş lələyi? - Elmi cavab təəccübləndirir
24 Oktyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
429
29.07.2026, 10:17
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı həyatımızı asanlaşdırmaqla yanaşı, hüquqi müstəvidə bir sıra yeni risklər və qanunsuzluqlar üçün də şərait yaradır. Xüsusilə son zamanlar bəzi şəxslərin süni intellekt proqramları vasitəsilə öz xarici görünüşünü və ya şəxsi məlumatlarını dəyişərək saxta sənədlər hazırlaması hallarına rast gəlinir. Lakin unutmamaq lazımdır ki, texnologiyanın növündən və istifadə edilən üsuldan asılı olmayaraq, rəsmi sənədlərin saxtalaşdırılması birbaşa cinayət məsuliyyəti doğurur. Azərbaycan Respublikasının qanunvericiliyi bu növ əməllərə qarşı kifayət qədər sərt sanksiyalar nəzərdə tutur və süni intellektdən qanunsuz məqsədlərlə istifadə edənlər də istisna təşkil etmir. Bəs süni intellekt vasitəsilə saxta şəxsiyyət vəsiqəsi, pasport və ya digər sənədlər hazırlayanları hansı cəzalar gözləyir və mövcud qanunlar bu yeni riskləri tam əhatə edə bilir? Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Toğrul Məmmədov məsələnin hüquqi tərəflərini ətraflı şərh edib.
Vəkil bildirib ki, saxta sənədin hansı texniki yolla və ya vasitə ilə hazırlanmasından asılı olmayaraq, bu əməl birbaşa cinayət məsuliyyəti yaradır.
Məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə tənzimlənir:
“Məcəllənin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni, yaxud digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və ya satma əməllərinə görə 3 min manatdan 6 min manatadək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.
Əlavə olaraq, Toğrul Məmmədov qeyd edib ki, həmin saxta sənədlərdən bilə-bilə istifadə edilməsi (320.2-ci maddə) 1 min manatdan 2 min manatadək cərimə, 240 saatdan 300 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Onun sözlərinə görə, qanunvericilikdə sənədin hansı alətlə (ənənəvi üsulla, fotoredaktorla və ya süni intellektlə) saxtalaşdırılmasının fərqi yoxdur – əsas şərt hüquq verən rəsmi sənədin saxta yolla tərtib olunması və ya dəyişdirilməsidir. Bu baxımdan mövcud Cinayət Məcəlləsinin normaları süni intellekt vasitəsilə törədilən sənəd saxtakarlığı əməllərini də tam əhatə edir və cəzasızlığa imkan vermir.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.