Geyimlər niyə dəridə dərin iz qoyur? - Hansı xəstəliyin əlaməti ola bilər?
12 Sentyabr 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
289
29.07.2026, 12:00
Ağciyərdə rentgen və ya kompüter tomoqrafiyası (KT) zamanı aşkar edilən ləkə və ya törəmə bir çox insan üçün narahatlıq yaradır. Belə bir nəticə alan xəstələrin ilk sualı adətən eyni olur: “Bu xərçəngdirmi?” Torakal cərrah Fəyyaz Məmmədov Oxu24.com-a bildirib ki, təkcə görüntüyə əsasən belə bir diaqnoz qoymaq mümkün deyil və hər bir xəstə mərhələli şəkildə qiymətləndirilməlidir.
Həkimin sözlərinə görə, ağciyərdə hər hansı kölgə, düyün və ya törəmə aşkar edildikdə ilk növbədə yüksək keyfiyyətli kompüter tomoqrafiyası aparılmalıdır. Məhz KT müayinəsi törəmənin ölçüsünü, formasını, yerləşdiyi sahəni, sərhədlərini və digər xüsusiyyətlərini daha dəqiq göstərir. Bu məlumatlar sonrakı müayinə və müalicə planının hazırlanması üçün əsas rol oynayır.
Fəyyaz Məmmədov qeyd edir ki, xəstələr çox vaxt KT cavabı ilə həkim qəbuluna gələrək “Bu xoşxassəlidirmi, yoxsa bədxassəlidir?” sualını verirlər. Lakin yalnız görüntüyə əsaslanaraq qəti qərar vermək mümkün deyil. Həkimlər törəmənin yerləşdiyi nahiyəyə, ölçüsünə, formasına, sərhədlərinə və digər radioloji əlamətlərə baxaraq müəyyən ehtimallar irəli sürə bilərlər. Ancaq bu, hələ yekun diaqnoz demək deyil.
Mütəxəssis vurğulayır ki, xüsusilə 45–50 yaşdan yuxarı kişilərdə, uzun illər siqaret çəkən şəxslərdə ağciyərdə aşkarlanan törəmələrin bədxassəli olma ehtimalı daha yüksək qiymətləndirilir. Bununla belə, hər ləkə və ya düyün xərçəng mənasını vermir. Ağciyərdə infeksiyalar, köhnə iltihab ocaqları, vərəm izləri, xoşxassəli şişlər və digər səbəblər də oxşar görüntü yarada bilər. Buna görə də tələsik nəticə çıxarmaq düzgün deyil.
Həkimin sözlərinə görə, bu mərhələdə ən vacib addımlardan biri biopsiyanın aparılmasıdır. Biopsiya zamanı törəmədən kiçik toxuma nümunəsi götürülərək laboratoriyada mikroskop altında araşdırılır. Məhz bu analiz törəmənin xoşxassəli, yoxsa bədxassəli olduğunu dəqiq müəyyən etməyə imkan verir.
Fəyyaz Məmmədov cəmiyyətdə geniş yayılmış bir yanlış fikrə də toxunur. Onun sözlərinə görə, bəzi insanlar “biopsiya etdirmək şişi oyadır”, “xərçəngi yayır” kimi əsassız iddialara inanırlar. Halbuki bu fikir elmi baxımdan təsdiqlənməyib. Müasir tibbdə biopsiya bütün dünyada qəbul edilmiş standart diaqnostik üsuldur və xərçəng diaqnozunun təsdiqlənməsi üçün ən etibarlı yoldur.
Torakal cərrah bildirir ki, həkimlər heç bir qərarı şəxsi mülahizələrə əsasən vermirlər. Ağciyər xərçəngi də daxil olmaqla bütün onkoloji xəstəliklərin diaqnostika və müalicəsi beynəlxalq tibbi protokollar əsasında həyata keçirilir. Bu protokollar xəstənin hansı mərhələdə hansı müayinədən keçməli olduğunu dəqiq müəyyənləşdirir.
Mütəxəssis əlavə edir ki, diaqnoz dəqiqləşdirilmədən müalicəyə başlamaq düzgün yanaşma deyil. Çünki hər törəmənin müalicə üsulu fərqlidir. Bəzi hallarda cərrahi əməliyyat tələb olunur, bəzi hallarda isə kimyaterapiya, şüa terapiyası və ya hədəfli müalicələr daha uyğun hesab edilir. Hansı yolun seçilməsi yalnız biopsiya nəticəsi və xəstəliyin mərhələsi müəyyənləşdirildikdən sonra mümkündür.
Fəyyaz Məmmədov sonda vətəndaşlara çağırış edərək bildirir ki, KT müayinəsində ağciyərdə ləkə və ya törəmə aşkarlanarsa, panikaya düşmək olmaz, eyni zamanda bunu diqqətdən kənarda saxlamaq da təhlükəlidir. Vaxtında torakal cərrah və ya onkoloqa müraciət etmək, lazım olan müayinələri tamamlamaq və biopsiyadan çəkinməmək erkən diaqnoz və uğurlu müalicə üçün ən vacib şərtlərdən biridir. Erkən mərhələdə aşkarlanan ağciyər xərçəngi hallarında müalicənin effektivliyi və sağqalma göstəriciləri xeyli yüksək olur. Buna görə də ağciyərdə aşkar edilən hər bir şübhəli törəmə peşəkar şəkildə qiymətləndirilməli və həkim tövsiyələrinə uyğun olaraq mərhələli diaqnostika aparılmalıdır.
00:51 / 13 Sentyabr 2026
78
00:35 / 13 Sentyabr 2026
402
00:14 / 13 Sentyabr 2026
897
00:06 / 13 Sentyabr 2026
374
23:49 / 12 Sentyabr 2026
93
23:38 / 12 Sentyabr 2026
176
23:34 / 12 Sentyabr 2026
116
23:31 / 12 Sentyabr 2026
89
22:35 / 12 Sentyabr 2026
91
22:31 / 12 Sentyabr 2026
80
22:26 / 12 Sentyabr 2026
133
22:25 / 12 Sentyabr 2026
240
22:22 / 12 Sentyabr 2026
102
22:14 / 12 Sentyabr 2026
103
22:13 / 12 Sentyabr 2026
779
22:02 / 12 Sentyabr 2026
691
21:52 / 12 Sentyabr 2026
183
21:34 / 12 Sentyabr 2026
373
21:25 / 12 Sentyabr 2026
3345
21:20 / 12 Sentyabr 2026
87
21:14 / 12 Sentyabr 2026
99
21:05 / 12 Sentyabr 2026
81
20:48 / 12 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.