Yağlı yeməkdən sonra gəyirmə: Nəyə işarədir?
21 Avqust 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
518
02.07.2026, 15:42
Cəmiyyətdə psixiatrik müalicələr və qəbul edilən dərmanlarla bağlı ən çox yayılan qorxulardan biri də bu preparatların ömürlük istifadə edilməsi məcburiyyətidir. Bir çox insan "psixiatra getsəm, ömrümün sonuna qədər dərman asılılığım olar" düşüncəsi ilə mütəxəssis qəbuluna yazılmaqdan çəkinir.
Bəs reallıq necədir? Psixiatrik dərmanlar həqiqətənmi ömürlük istifadə olunmalıdır?
Bu barədə Oxu24.com-a açıqlamasında psixiatr-psixoterapevt Dr. Nigar Arif-Poladlı aydınlıq gətirib.
“Psixiatrik dərmanlar ömürlük deyil"
Mütəxəssis bildirib ki, psixiatrlar psixoloji və psixiatrik problemlər üçün dərman təyin edə bilən yeganə psixi sağlamlıq mütəxəssisləridir. Lakin onların yazdıqları hər bir dərmanın ömür boyu istifadə ediləcəyi fikri tamamilə yanlışdır:“Verilən bütün dərmanlar ömürlük deyil. Psixiatrik problemlər üçün müalicə olunan xəstələrin əksəriyyəti zaman keçdikcə dərmanlarını kəsir və ya vəziyyətləri yaxşılaşdıqca dərmanı daha az dozada istifadə edirlər”.
“Ömür boyu dərman qəbul edən xəstələr azlıq təşkil edir”
Dr. Nigar Arif-Poladlı bəzi xəstələrin uzun müddət, hətta ömür boyu dərman qəbul etmək məcburiyyətində qala biləcəyini də istisna etməyib. Lakin o, bu kateqoriyaya aid olan pasiyentlərin ümumi xəstə sayının çox az hissəsini təşkil etdiyini vurğulayıb:
“Bəzi xəstələr isə uzun müddət, hətta ömür boyu dərman qəbul etməli ola bilərlər. Lakin bu xəstələr psixiatrların gördüyü, müalicə etdiyi pasiyentlərin daha az hissəsini təşkil edir”.
Psixoterapevt cəmiyyətdə normal qarşılanan bəzi xroniki fiziki xəstəlikləri nümunə gətirərək, psixiatrik xəstəliklərin də analoji yanaşma tələb edə bildiyini diqqətə çatdırıb:“Unutmayın ki, bəzi fiziki xəstəliklər olan – məsələn, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) da ömür boyu dərman qəbulunu tələb edir”.
Mütəxəssisin sözlərindən belə aydın olur ki, psixiatrik müalicədə əsas məqsəd xəstənin həyat keyfiyyətini bərpa etməkdir və sağalma tendensiyası müşahidə olunduqca, həkim nəzarəti altında dozalar azaldılır, yaxud tamamilə dayandırılır. Bu səbəbdən psixi sağlamlıqla bağlı problemlər zamanı vaxtında mütəxəssisə müraciət etməkdən qorxmaq lazım deyil.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.