Türkiyə bu ölkəni sammitə dəvət etmədi
10 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
107
10.11.2026, 02:34
Kanada hökuməti Rusiyanın müdafiə sənayesini, ballistik raket texnologiyalarının inkişafını və kiberəməliyyatlarını hədəf alan yeni sanksiyalar paketini qəbul edib.
Oxu24.com xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Anita Anand Parisdə keçirilən G7 Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində bu barədə ətraflı məlumat paylaşıb.
Yeni məhdudiyyətlər siyahısına ümumilikdə 38 qurum və 24 fiziki şəxs daxil edilib.
Qeyd olunub ki, sanksiya siyahısındakı subyektlər Rusiyanın hərbi imkanlarının gücləndirilməsində, ballistik raketlərin hazırlanmasında və kiberfəaliyyətlərdə birbaşa rolu olan aktorlardır. Yeni məhdudiyyətlər həmçinin maliyyə sektorunu, o cümlədən kriptovalyuta birjalarını əhatə edərək Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağı və iqtisadi xərcləri artırmağı hədəfləyir.
Anita Anand qeyd edib ki, tətbiq edilən tədbirlər Rusiya Prezidenti Vladimir Putinin Ukrayna şəhərlərini raketlərlə hədəf almaq qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Ukraynaya qətiyyətli dəstəyin davam edəcəyini vurğulayan nazir Rusiyanın hərbi təcavüzünə son qoyulana və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər sanksiya təzyiqlərinin artırılaraq davam etdiriləcəyini bəyan edib.“Qafqazinfo”
02:02 / 10 Noyabr 2026
105
01:30 / 10 Noyabr 2026
179
01:19 / 10 Noyabr 2026
319
01:00 / 10 Noyabr 2026
143
00:25 / 10 Noyabr 2026
626
00:20 / 10 Noyabr 2026
125
00:14 / 10 Noyabr 2026
306
00:08 / 10 Noyabr 2026
119
23:52 / 09 Noyabr 2026
204
23:52 / 09 Noyabr 2026
1785
23:48 / 09 Noyabr 2026
127
23:42 / 09 Noyabr 2026
316
23:37 / 09 Noyabr 2026
348
23:32 / 09 Noyabr 2026
156
23:28 / 09 Noyabr 2026
165
23:23 / 09 Noyabr 2026
130
23:17 / 09 Noyabr 2026
210
23:12 / 09 Noyabr 2026
158
23:09 / 09 Noyabr 2026
133
23:01 / 09 Noyabr 2026
133
22:55 / 09 Noyabr 2026
144
22:48 / 09 Noyabr 2026
173
22:34 / 09 Noyabr 2026
448
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.