Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb 

Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb 

DÜNYA

23

10.11.2026, 05:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniyalı yazı ıMaykl Con Harrison  81 yaşında 2026-cı il üzrə nüfuzlu Buker mükafatının laureatı olub.

Oxu24.com xəbər verir ki, mükafatlandırma mərasimi Londondakı "Old Billingsgate" konsert və əyləncə kompleksində keçirilib.

Yazıçı bu mükafata "The End of Everything" ("Hər şeyin sonu") romanına görə layiq görülüb. Bununla da o, Buker mükafatının tarixində ən yaşlı laureat olub.

Qeyd edək ki, 198 səhifəlik roman Londonun müstəqil "Serpent's Tail" nəşriyyatında çap olunub. Əsərin hadisələri postapokaliptik İngiltərədə cərəyan edir. Baş qəhrəman Kent qraflığının sahillərində qeyri-adi artefaktlar toplayan səyyahdır.

Bu kitab Harrisonun 60 illik yaradıcılıq fəaliyyəti ərzində nəşr olunan 13-cü romanıdır.