"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
10 Noyabr 2026, 02:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
160
09.11.2026, 23:12
Rusiya və Ukrayna nümayəndə heyətləri 10-11 noyabr tarixlərində ABŞ-nin vasitəçiliyi ilə münaqişənin həlli üzrə danışıqların yeni mərhələsinin keçirilməsi planlaşdırılan Əbu-Dabiyə yola düşüblər. Bu, fevral ayından bəri ilk üçtərəfli görüş olacaq.
Oxu24.com xəbər verir ki, bu barədə etibarlı mənbəyə istinadla Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) məlumat yayıb.
Rusiya nümayəndə heyətinə RF Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Onun tərkibinə xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndələri İqor Kostyukov və Yuri Jiqarlovski daxildir.
Ukrayna nümayəndə heyətinə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi Rustem Umerov rəhbərlik edir. Amerika tərəfini Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.
Tərəflər hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizlik tədbirlərini, deeskalasiyanı, humanitar məsələləri və nizamlama istiqamətində atılacaq addımları müzakirə etmək niyyətindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, gündəmdəki ilk məsələ Rusiya ilə Ukrayna arasında təhlükəsizlik məsələləri olacaq. ABŞ dövlət katibi Marko Rubio da təhlükəsizlik zəmanətlərini əsas məsələ kimi müəyyən edib və irəliləyişin olacağına ümidvar olduğunu bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-yə verdiyi şərhdə bildirib ki, nadir torpaq metalları mövzusu danışıqların gündəliyində deyil.
Bu formatda ilk iki raund 23-24 yanvar və 4-5 fevral 2026-cı il tarixlərində Əbu-Dabidə keçirilib. İkinci raunddan sonra Rusiya və Ukrayna 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər. Mübadilə fevralın 5-də baş tutub. Daha sonra nümayəndə heyətləri 17-18 fevral tarixlərində Cenevrədə görüş keçiriblər.Modern.az
02:34 / 10 Noyabr 2026
104
02:02 / 10 Noyabr 2026
105
01:30 / 10 Noyabr 2026
179
01:19 / 10 Noyabr 2026
319
01:00 / 10 Noyabr 2026
143
00:25 / 10 Noyabr 2026
626
00:20 / 10 Noyabr 2026
125
00:14 / 10 Noyabr 2026
306
00:08 / 10 Noyabr 2026
119
23:52 / 09 Noyabr 2026
204
23:52 / 09 Noyabr 2026
1785
23:48 / 09 Noyabr 2026
127
23:42 / 09 Noyabr 2026
316
23:37 / 09 Noyabr 2026
348
23:32 / 09 Noyabr 2026
156
23:28 / 09 Noyabr 2026
165
23:23 / 09 Noyabr 2026
130
23:17 / 09 Noyabr 2026
210
23:09 / 09 Noyabr 2026
133
23:01 / 09 Noyabr 2026
133
22:55 / 09 Noyabr 2026
144
22:48 / 09 Noyabr 2026
173
22:34 / 09 Noyabr 2026
448
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.