Dermatoloqlardan göbələklə bağlı XƏBƏRDARLIQ
07 İyul 2026, 14:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
555
08.04.2026, 22:34
“Pasiyentlər tez-tez şikayət edir ki, gündüz nisbətən yaxşı görsələr də, axşam saatlarında və zəif işıqda görmələri xeyli pisləşir. Bu, astiqmatizmin ən tipik əlamətlərindən biridir.”
Bu sözləri Oxu24.com-a cərrah-oftalmoloq Rəşadət Qurbanov bildirib.
Həkimin sözlərinə görə, astiqmatizm zamanı insan ətrafı tam aydın görə bilmir:
“Pasiyentlər bildirir ki, sanki görüntü tam seçilmir, konturlar yayılmış kimi görünür. Bəzən gözlərini qıyaraq baxmağa çalışırlar ki, görüntünü daha aydınlaşdırsınlar.”
Rəşadət Qurbanov qeyd edir ki, xüsusilə gecə saatlarında və avtomobil idarə edərkən bu problem daha qabarıq hiss olunur:
“Qarşıdan gələn işıqlar çoxaldıqda görmə daha da zəifləyir, bəzi hallarda insan yolu seçməkdə çətinlik çəkir.”
Həkim vurğulayır ki, astiqmatizm bəzən düzgün aşkarlanmadıqda pasiyent eynək istifadə etsə belə tam effekt əldə edə bilmir:
“İnsan düşünür ki, eynək taxır və görməsi yaxşıdır, amma yenə də tam aydınlıq hiss etmir. Bu zaman səbəb çox vaxt astiqmatizm komponentinin nəzərə alınmamasıdır.”
Onun sözlərinə görə, düzgün seçilmiş eynək və ya linza ilə bu problem asanlıqla korreksiya olunur:
“Bəzən cəmi 0.5–0.75 dioptriya astiqmatizm əlavə edildikdə belə görmə xeyli dərəcədə aydınlaşır və pasiyent fərqi dərhal hiss edir.”
Nigar
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.