Bir evdən iki meyit tapıldı - Təfərrüat
12 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
99
12.11.2026, 10:27
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən Oxu24.com-a verilən xəbərə görə, noyabrın 11-i saat 23:00 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq, təxminən 15 metr məsafədə yol kənarına yuvarlanıb.
Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.
Avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Ruslan Səfərov isə xəstəxanaya yerləşidirilib. Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İlkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi ehtimal edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətə meyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır", məlumatda deyilir.
10:39 / 12 Noyabr 2026
7
10:36 / 12 Noyabr 2026
17
10:20 / 12 Noyabr 2026
51
10:18 / 12 Noyabr 2026
58
10:05 / 12 Noyabr 2026
144
09:51 / 12 Noyabr 2026
76
09:48 / 12 Noyabr 2026
78
09:42 / 12 Noyabr 2026
183
09:36 / 12 Noyabr 2026
87
09:22 / 12 Noyabr 2026
583
08:13 / 12 Noyabr 2026
201
08:05 / 12 Noyabr 2026
66
07:20 / 12 Noyabr 2026
131
03:10 / 12 Noyabr 2026
153
01:25 / 12 Noyabr 2026
273
00:55 / 12 Noyabr 2026
246
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
454
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
193
00:19 / 12 Noyabr 2026
191
00:17 / 12 Noyabr 2026
335
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.