Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
638
08.04.2026, 22:20
“Cəmiyyətdə belə bir fikir yayılıb ki, uşağa bol kök, balıq və ya qara giləmeyvə versək, onun görməsi mükəmməl olacaq. Bu, tam doğru yanaşma deyil.”
Bu sözləri Oxu24.com-a oftalmoloq Benjamin Azər Kərimov bildirib.
Həkimin sözlərinə görə, qidalanma görmə prosesində müəyyən rol oynasa da, bu, görməni kəskin şəkildə yaxşılaşdıran əsas faktor deyil:
“Bəli, A vitamini görmə üçün vacibdir və kökün tərkibində mövcuddur. Lakin bu vitaminin çox qəbul edilməsi görməni daha yaxşı etmir.”
Benjamin Kərimov əlavə edib ki, balıq yağı və qara giləmeyvə kimi məhsullar da faydalı komponentlər ehtiva etsə də, onların təsiri məhduddur:
“Bu qidalar göz sağlamlığını dəstəkləyə bilər, amma görmə zəifliyini aradan qaldırmaq və ya onu nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmaq gücündə deyil.”
Oftalmoloq vurğulayıb ki, görmə problemlərinin əsas səbəbi qidalanma deyil:
“Görməni pisləşdirən əsas amillər müxtəlif xəstəliklərdir. Bunlar iltihabi proseslər, genetik faktorlar və ya sonradan qazanılmış göz xəstəlikləri ola bilər.”
Həkim valideynlərə tövsiyə edir ki, uşağın görməsi ilə bağlı problem olduqda, qida ilə müalicəyə ümid etmədən mütləq mütəxəssisə müraciət etsinlər.
Turan
15:55 / 12 Noyabr 2026
1
15:36 / 12 Noyabr 2026
135
15:15 / 12 Noyabr 2026
28
15:12 / 12 Noyabr 2026
62
14:15 / 12 Noyabr 2026
110
14:04 / 12 Noyabr 2026
301
13:59 / 12 Noyabr 2026
267
13:55 / 12 Noyabr 2026
110
13:45 / 12 Noyabr 2026
185
13:36 / 12 Noyabr 2026
232
13:29 / 12 Noyabr 2026
110
13:21 / 12 Noyabr 2026
125
13:20 / 12 Noyabr 2026
150
13:18 / 12 Noyabr 2026
474
13:16 / 12 Noyabr 2026
142
13:07 / 12 Noyabr 2026
408
13:04 / 12 Noyabr 2026
102
13:00 / 12 Noyabr 2026
106
12:40 / 12 Noyabr 2026
122
12:25 / 12 Noyabr 2026
155
12:05 / 12 Noyabr 2026
148
11:55 / 12 Noyabr 2026
132
11:50 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.