Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1909
02.04.2026, 15:05
Antibiotik iynəsindən şoka düşən vətəndaşı həkimlər son anda xilas edə biliblər.
Bu barədə Oxu24.com-a Xəzər rayon sakini Eldəniz Musayev bildirib.
Onun sözlərinə görə,vurulan antibiotik iynəsindən ağır şoka düşüb və həkimlərin vaxtında tibbi müdaxiləsindən sonra həyatda qala bilib.
"01.04.2026 cı il tarixdə saat 12-41 də , yaşadığım Xəzər rayonu üzrə Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətin 103 qaynar xəttinə , əzələyə vurulmuş antibiotikin əks reaksiyası ilə bağlı müraciət etdim, zəngimdən 5 dəqiqə keçməmiş təcili yardım avtomobilin ünvana çatması barədə məlumat verildi, düzü bu qədər tez gəlməsinə inanmadım. Həkim Ağayeva Sevinc Əhmədağa qızı və tibb bacısı Əliyeva Xuraman Asəf qızı fəsadın yaranma səbəbini , üz və ətraf nahiyələrimdə güclü qızarmaların ciddi olduğunu görərək geniş miqyaslı tibbi tədbirə başladılar, təzyiqim isə çox yüksək idi, görülən operativ tədbirlər nəticəsində fəsadların bir qədər sonra geriyə qayıtmasını hiss etdik. Hətta xəstəxanaya aparılmasına göstəriş olduğunu desələr də mən normallaşmağımı nəzərə alaraq rəsmi imtina etdim. Nəhayət hər şey çox gözəl sonluqla bitdi , mən ailəmlə birlikdə həkim Ağayeva Sevincə, tibb bacısı Əliyeva Xuramana, eləcədə sürücü Həsənzadə Məşədiağaya göstərdikləri yüksək tibbi xidmətə və operativliyə görə ailəmiz adından səmimi qəlbdən minnətdarlıq edərək "Təşəkkür" edirik! Təcili və Təxirə salınmaz Tibbi Xidmət üzrə Baş İdarəyə, TƏBIBƏ, Səhiyyə Nazirliyinə təşşəkür edirik! Xidmətdə nümunəvi fəaliyyətə görə həmin tibbi briqadaya xüsusi mükafatlandırma prinsipini əsas götürərək rəsmi "Təşəkkür"elan edilməsini xahiş edirəm! 2- 3 saatdan sonra Həkimin zəng edib mənim halımı soruşmağı xüsusi təqdirə layiq münasibət idi. Bütün bunların hamısı təmənnasız edilmişdir",-deyə vətəndaş bildirib.
Qeyd edək ki,antibotik tərkibli iynələr zamanı öncədən xəstəyə "prob" qoyulması vacibdir.
Ağır inyeksiya və antibiotiklərdən öncə xəstəyə həmin antibiotikin düşüb –düşməyəcəyini təyin etmək üçün allergik sınaq qoyulur: iynədən bir az vurub, 15 dəqiqə gözləmək. 15 dəqiqə sonra xəstədə əks reaksiya olmursa, rahatlıqla inyeksiya olunur.
Lakin təcrübədə çox olub ki, həkim və ya evdə tibb bacısı inyeksiyanı edib getdikdən sonra xəstənin halı pisləşib, şok yaşayıb və xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Bu ona görə baş verir ki, allergik slnaq tezləşmiş reaksiyanı göstərir, gecikmiş reaksiyanı yox. Bu isə o deməkdir ki, dərman xəstədə 15 dəqiqəyə yox, bir neçə saat sonra da əks təsir yarada bilər. Ona görə qısamüddətli probun qoyulmasının bir önəmi qalmır.
Hazırladı: Jalə
18:58 / 12 Noyabr 2026
1
18:50 / 12 Noyabr 2026
37
18:42 / 12 Noyabr 2026
286
18:40 / 12 Noyabr 2026
46
18:32 / 12 Noyabr 2026
196
18:28 / 12 Noyabr 2026
56
18:26 / 12 Noyabr 2026
76
18:16 / 12 Noyabr 2026
89
18:15 / 12 Noyabr 2026
78
18:07 / 12 Noyabr 2026
84
17:53 / 12 Noyabr 2026
83
17:19 / 12 Noyabr 2026
97
16:25 / 12 Noyabr 2026
104
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
120
15:36 / 12 Noyabr 2026
541
15:15 / 12 Noyabr 2026
193
15:12 / 12 Noyabr 2026
116
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
527
13:59 / 12 Noyabr 2026
409
13:55 / 12 Noyabr 2026
133
13:45 / 12 Noyabr 2026
265
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.