Özəl klinikalarda "saxta diaqnoz" və "ziddiyyətli analiz" xaosu: Vətəndaşlar necə qorunmalıdır? — AÇIQLAMA
10 İyun 2026, 12:48
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
597
10.03.2026, 14:25
Gündüz hər şey qaydasında olur, amma başınızı yastığa qoyduğunuz an ayaq altlarınızda o narahatedici istilik başlayır.Sanki közün üzərində yerimisiniz kimi sızlayar, yanar; buzlu suya salmaq və ya soyuq divara dayamaq ehtiyacı hiss edərsiniz.
Adətən günahkar kimi ayaqqabılar, corablar və ya göbələk infeksiyası göstərilir. Halbuki bəzən problem dərinizin üzərində deyil, çox daha dərinlərdədir.
BU BİR DƏRİ PROBLEMİ DEYİL, BİR “KABEL XƏTASI”DIR
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Pərvanə Hacıyeva bildirib ki,ayaqlardakı o yanma hissi, bədənin elektrik sistemi olan sinir sisteminin “İmdad!” çağırışıdır.
BƏS YANĞINI ÇIXARAN QIĞILCIM HARADAN GƏLİR?
ŞƏKƏRİN YANDIRICI TƏSİRİ (DİABET)
Qandakı yüksək şəkər, damarlarda dolaşan turşu kimidir. Ən ucqar nazik sinir liflərini (kabelləri) aşındırır. Ayaq yanması bəzən gizli şəkərin ilk və tək əlaməti ola bilər.
ELEKTRİK QAÇAĞI (TARSAL TUNEL)
Əldə görülən sinir sıxılmasının bənzəri ayaq biləyində də olur. Sinir sıxıldığı yerdən keçə bilməzsə, ayaq altına “yanma və qarıncalanma” siqnalı göndərir.
İZOLYASİYA MATERİALI ÇATIŞMAZLIĞI (VİTAMİN ÇATIŞMAZLIĞI)
Sinirlərin ətrafında qoruyucu bir örtük var (Miyelin). B12 vitamini çatışmazlığı bu örtüyün soyulmasına səbəb olur. Çılpaq qalan sinir ucları ən kiçik təmasda belə “yanıram” mesajı ötürür.
QAN DÖVRANININ TIXANMASI
Damar sərtliyi və ya varikoz kimi problemlər ayağa gedən təmiz qanı azaltdıqda toxumalar oksigensiz qalır. Oksigensiz qalan toxuma sızlayaraq reaksiya verir.
YANĞIN SÖNDÜRƏNLƏ DEYİL, TƏMİR ÇANTASI İLƏ MÜDAXİLƏ
Soyuducu gellər sadəcə həmin anı xilas edir. Qalıcı həll üçün “tüstünü” deyil, “odun özünü” tapmaq lazımdır.
Funksional tibb baxış bucağı ilə; çatışmayan vitamini yerinə qoymaq, sıxılan siniri Nöralterapiya ilə azad etmək və ya zədələnmiş toxumanı bərpa etmək (Regenerativ Tibb) yanğını mənbəyindən söndürür.
Ayaqlarınızdakı yanmanı ciddiyə alın, onlar sizə nəsə deməyə çalışır.
Hazırladı: Jalə
13:55 / 10 İyun 2026
15
13:44 / 10 İyun 2026
48
13:35 / 10 İyun 2026
50
13:31 / 10 İyun 2026
46
13:27 / 10 İyun 2026
48
13:23 / 10 İyun 2026
318
13:15 / 10 İyun 2026
66
13:12 / 10 İyun 2026
59
12:54 / 10 İyun 2026
1124
12:52 / 10 İyun 2026
56
12:48 / 10 İyun 2026
76
12:43 / 10 İyun 2026
73
12:38 / 10 İyun 2026
70
12:29 / 10 İyun 2026
492
12:27 / 10 İyun 2026
233
12:19 / 10 İyun 2026
109
12:16 / 10 İyun 2026
78
12:13 / 10 İyun 2026
74
12:00 / 10 İyun 2026
94
11:52 / 10 İyun 2026
78
11:47 / 10 İyun 2026
265
11:41 / 10 İyun 2026
130
11:36 / 10 İyun 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.