Arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
24 Aprel 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
489
10.03.2026, 10:50
Elmi araşdırmalar 100 yaşdan yuxarı insanların qan qrupları ilə bağlı maraqlı nəticələr ortaya qoyub. Müşahidələr göstərir ki, 0 (I) qan qrupu digər qruplarla müqayisədə uzunömürlü insanlarda daha çox rast gəlinir.
Demokrat.az-ın məlumatına görə təbii ki, qan qrupu ömrün uzunluğunu təkbaşına müəyyən etmir, lakin müəyyən xəstəliklərə qarşı bioloji müqaviməti artırmaq potensialına malikdir. Tədqiqatlar göstərir ki, 0 qan qrupuna sahib olanlar ürək-damar xəstəlikləri, infeksiyalar və bəzi xərçəng növlərinə qarşı daha davamlıdırlar.
Böyük Britaniyada, London Universitetinin Royal Holloway kollecinin alimləri tərəfindən aparılan araşdırmalar isə beynin qan laxtalanması riski ilə qan qrupları arasında birbaşa əlaqə olduğunu sübut edib. Məlumata görə, AB qan qrupunda laxtalanma riski digər qruplarla müqayisədə daha yüksəkdir, 0 qan qrupunda isə bu risk nisbətən aşağıdır.
Həmçinin oxuyun
Vorvik Universitetindən professor Lorens Yanq qeyd edir ki, qan qrupunu müəyyən edən molekulyar quruluş qan laxtalanma mexanizminə birbaşa təsir göstərir. Hüceyrə səthindəki zülallar damar sağlamlığında və xəstəliklərə həssaslıqda həlledici rol oynaya bilər.
Buna baxmayaraq, 100 yaşa çatmaq üçün yalnız qan qrupu kifayət etmir. Ekspertlər vurğulayır ki, fiziki aktivlik, düzgün qidalanma və stressin idarə edilməsi uzunömürlülüyün əsas amilləridir. Genetik faktorlar da rol oynayır, lakin sağlam həyat tərzi qan qrupunun verdiyi bioloji üstünlükləri daha da möhkəmləndirə bilər.
00:36 / 26 Aprel 2026
144
00:19 / 26 Aprel 2026
168
23:40 / 25 Aprel 2026
119
23:22 / 25 Aprel 2026
132
23:11 / 25 Aprel 2026
116
22:39 / 25 Aprel 2026
223
22:26 / 25 Aprel 2026
125
22:06 / 25 Aprel 2026
172
21:58 / 25 Aprel 2026
176
21:47 / 25 Aprel 2026
125
21:19 / 25 Aprel 2026
140
20:56 / 25 Aprel 2026
180
20:35 / 25 Aprel 2026
179
20:20 / 25 Aprel 2026
265
20:06 / 25 Aprel 2026
161
19:42 / 25 Aprel 2026
134
19:28 / 25 Aprel 2026
144
19:03 / 25 Aprel 2026
138
18:53 / 25 Aprel 2026
140
18:18 / 25 Aprel 2026
167
18:09 / 25 Aprel 2026
212
17:59 / 25 Aprel 2026
186
17:53 / 25 Aprel 2026
262
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.