Allahşükür Paşazadə səfərə gedir
14 Noyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
14.11.2026, 14:09
"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahidə edəcəyik".
Bunu Oxu24.com-a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, növbəti il pensiyalarda indeksləşdirmə mexanizmi dəyişir:
"Belə ki, orta aylıq əməkhaqqı məbləğinə qədər pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqqından 5000 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində 0,5, 5000 manatdan çox pensiya alanların pensiya məbləğlərində isə 0,2 əmsalından istifadə olunacaq. Ona görə də yeni əmsalların tətbiq edilməsi nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara gətirib çıxaracaq. Yəni, 1200 manatadək pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək.
Burada məqsəd az pensiya alan vətəndaşlarımızla nisbətən çox pensiya alanlar arasındakı fərqin azaldılmasına nail olmaq və median pensiya məbləğində artımları sürətləndirməkdir. Birmənalı şəkildə növbəti il pensiya artımları builki əməkhaqqı artımlarına uyğunlaşdırılaraq həyata keçiriləcək və artımlar yanvar ayı ilə hesablanacaq. Artımlarla bağlı sənədin fevral ayının əvvəllərində imzalanacağı gözlənilir və sənəd imzalandıqdan sonra yanvar ayının artımları da fevral ayının artımları ilə birlikdə ödəniləcək".
14:15 / 14 Noyabr 2026
1
13:50 / 14 Noyabr 2026
570
13:48 / 14 Noyabr 2026
81
13:16 / 14 Noyabr 2026
70
13:03 / 14 Noyabr 2026
80
12:49 / 14 Noyabr 2026
102
12:25 / 14 Noyabr 2026
99
12:09 / 14 Noyabr 2026
112
11:58 / 14 Noyabr 2026
111
11:50 / 14 Noyabr 2026
96
11:39 / 14 Noyabr 2026
95
11:32 / 14 Noyabr 2026
106
11:19 / 14 Noyabr 2026
116
11:09 / 14 Noyabr 2026
112
11:00 / 14 Noyabr 2026
130
10:58 / 14 Noyabr 2026
118
10:46 / 14 Noyabr 2026
128
10:36 / 14 Noyabr 2026
120
10:17 / 14 Noyabr 2026
111
09:59 / 14 Noyabr 2026
125
09:46 / 14 Noyabr 2026
133
09:30 / 14 Noyabr 2026
127
09:29 / 14 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.