Gözlər niyə tez-tez sulanır? - Həkim AÇIQLADI
11 May 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
674
19.01.2026, 23:54
Son zamanlar bəzi valideynlər övladlarında səbəbi aydın olmayan qəribə səslərin meydana çıxmasından narahat olduqlarını bildirirlər. Uşaqlarda boğazda və ya burunda nəsə qalmış kimi səslər çıxarma, tez-tez fınxırma və davamlı öskürək halları müşahidə olunur. Valideynlər bu şikayətlərlə uşaqları dəfələrlə LOR həkimlərinə aparsalar da, müayinələr zamanı boğaz və tənəffüs yollarında hər hansı problem aşkar edilmir.
Nevroloq Röyanə Quluzadənin Oxu24.com-a verdiyi məlumata görə, bu cür əlamətlər əksər hallarda nevroloji mənşəli ola bilər. Uşağın qeyri-ixtiyari şəkildə müxtəlif səslər çıxarması, tez-tez öskürməsi, burun səsləri çıxarması vokal tik adlanan tik pozuntusunun əlamətləri hesab olunur. Daha ağır hallarda isə uşağın istəmədən nalayiq sözlər tələffüz etməsi müşahidə oluna bilər ki, bu hal tibbdə koprolaliya adlanır.
Əgər vokal tiklərlə yanaşı motor tiklər — çiyin atma, boynu fırlatma, tez-tez göz qırpma, burnunu büzüşdürmə kimi hərəkətlər — də müşahidə edilirsə və eyni zamanda uşağın davranışlarında hiperaktivlik, diqqətsizlik, əsəbilik və aqressiya kimi dəyişikliklər varsa, bu zaman Turet sindromu ehtimalı nəzərdən keçirilir.
Qeyd olunur ki, Turet sindromu tik pozuntularının daha ağır və xroniki formasıdır. Lakin xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicə tədbirlərinin görülməsi onun ağırlaşmasının və proqressiv inkişafının qarşısını almağa imkan verir.
Mütəxəssislər valideynlərə bu cür hallarla qarşılaşdıqda uşağı mütləq nevroloq müayinəsinə aparmağı tövsiyə edirlər.
Şahbaz
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.