Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
787
19.01.2026, 20:28
Bir çox hallarda xəstələr həkimə müraciət etmək əvəzinə, babadan-nənədən qalma "reseptlərə" üz tuturlar. Lakin unudurlar ki, elmi əsası olmayan hər bir addım infeksiyanın qana keçməsinə və ya ətrafların itirilməsinə səbəb ola bilər.
Bəziləri yaralarının üstünə keçi südü çəkir, bəziləri yaralı ayağın üstünə zəli qoyurlar.
Təsəvvür edin: İltihablı, qızarmış və açıq yaraları olan bir ayaq...
Oxu24.com xəbər verir ki, belə bir vəziyyətdə yaranın üzərinə keçi südü çəkmək və ya zəli qoymaq intihara bərabərdir!
* Keçi südü və yağlar: Açıq yaranın üzərinə çəkilən süd və ya yağ qatı orada "istixana effekti" yaradır və bakteriyaların sürətlə çoxalması üçün ideal şərait qurur.
* Zəli təhlükəsi: İltihablı nahiyəyə zəli qoymaq, onsuz da zədələnmiş toxumaya əlavə infeksiya daşımaq deməkdir. Zəlinin dişlədiyi yerdən orqanizmə daxil olan yad bakteriyalar vəziyyəti daha da ağırlaşdıraraq qan zəhərlənməsinə yol aça bilər.
Xalq arasında "Qızıl yel" (Erizipel) xəstəliyinə qarşı qırmızı parça bağlamaq və ya qırmızı sap dolamaq kimi qəribə inanclar da var.
Heç bir heyvanın südü, yağı və ya hər hansı rəngli parça Qızıl yeli sağalda bilməz. Bu, elmi cəhətdən qeyri-mümkündür.
Bundan əlavə, insanlar bəzən öskürək, soyuqdəymə və ya boğaz ağrısı üçün bal, soğan və ya qarışıq otlarla özbaşına müalicə etməyə çalışırlar. Unutmaq lazım deyil ki:
•Bəzi bitki və təbii vasitələr allergik reaksiyalara səbəb ola bilər.
•Doz düzgün seçilmədikdə, dərmanlar və bitki qarışıqları orqanizm üçün zərərli ola bilər.
•Xroniki xəstəlikləri olan şəxslərdə özbaşına müalicə ağır fəsadlara səbəb ola bilər.
Həmçinin, antibiotiklərin özbaşına istifadəsi çox təhlükəlidir. Bəzən insanlar soyuqdəymə və ya qrip kimi viral xəstəliklərdə antibiotik qəbul edirlər, lakin antibiotiklər yalnız bakterial infeksiyalar üçün təsirlidir. Nəticədə:
•Bakteriyalar dərmana qarşı davamlı olur
•Xəstəlik uzun sürür
•Sağlamlıq ciddi risk altına düşür
Unutmayın: Özbaşına müalicə vaxt itkisidir. Vaxt itkisi isə Qızıl yel kimi xəstəliklərdə ağır fəsadlara yol açır. Sağlamlığınızı təsadüflərə deyil, mütəxəssislərə etibar edin!
Çimnaz Telmanqızı
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.