Səhhəti ilə bağlı kədərli təfərrüat üzə çıxdı - Foto
09 Noyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
717
24.06.2026, 15:38
Xalq artisti Şeyx Əbdül Mahmudov uzun illərdir həyata keçməsini arzuladığı bir layihənin yenidən gündəmə qaytarılmasını istəyir. Söhbət Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutan Şah İsmayıl Xətai haqqında çəkilməsi nəzərdə tutulan, lakin müxtəlif səbəblərdən yarımçıq qalan bədii filmdən gedir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a danışıb:
"Bu layihənin əsası hələ 2000-ci illərin əvvəllərində qoyulub. O dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şah İsmayıl Xətai haqqında ssenari hazırlanıb, qəbul edilib və filmin istehsalına xeyir-dua verilib. Layihə üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb, çəkiliş məkanları seçilib, aktyor heyəti üzərində iş aparılıb. Lakin bütün hazırlıqlara baxmayaraq, film gözlənilmədən dayandırılıb. Bu günə qədər layihənin hansı səbəbdən yarımçıq saxlanıldığını bilmirəm. Şah İsmayıl Xətai haqqında film şəxsən Heydər Əliyevin təşəbbüsü ilə hazırlanırdı. O, bu işlə mütəmadi maraqlanır, prosesə nəzarət edir, filmin ərsəyə gəlməsini vacib hesab edirdi. Buna baxmayaraq, sonradan layihə dayandırıldı və bu qərarın səbəbi mənə bu gün də məlum deyil”.
Şah İsmayıl Xətai
Şeyx Əbdül Mahmudovun sözlərinə görə, filmin hazırlanması prosesində Azərbaycanın görkəmli alimləri və tarixçiləri iştirak ediblər:
"Heydər Əliyev Azərbaycan kinosuna xüsusi önəm verir və onu xalqın tarixini gələcək nəsillərə çatdıran ən təsirli vasitələrdən biri hesab edirdi. Ümummilli liderin tez-tez xatırlatdığı “Azərbaycan kinosunun tarixi Azərbaycan xalqının tarixi salnaməsidir” fikri də məhz bu baxışın ifadəsi idi.Heydər Əliyev Şah İsmayıl Xətai filmini Azərbaycanın qədim dövlətçilik ənənələrinin dünyaya təqdim olunması üçün vacib vasitə hesab edirdi. Onun məqsədi ölkəyə gələn xarici nümayəndələrə və investor dairələrinə Azərbaycanın yalnız enerji resursları ilə deyil, həm də zəngin tarixi və dövlətçilik ənənələri ilə seçilən bir ölkə olduğunu göstərmək idi. Bu gün artıq 82 yaşım var. Həmin layihənin yenidən həyata qaytarılması üçün dövlət qurumlarına müraciət edir. Bu bəlkə də son arzumdur. Qeyd edim ki, filmin çəkilişində hər hansı şəxsi marağım da yoxdur, hətta layihəni dövlətə hədiyyə etməyə hazıram. Amma film çəkilsin, yarımçıq qalmasın. Bu, bizim dövlətçilik tariximizə, milli yaddaşımıza xidmət edən bir əsər olmalıdır”.
13:05 / 10 Noyabr 2026
1
13:00 / 10 Noyabr 2026
14
12:37 / 10 Noyabr 2026
104
12:31 / 10 Noyabr 2026
65
12:21 / 10 Noyabr 2026
213
12:18 / 10 Noyabr 2026
79
12:04 / 10 Noyabr 2026
102
12:00 / 10 Noyabr 2026
246
11:45 / 10 Noyabr 2026
1613
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
106
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
190
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
123
10:39 / 10 Noyabr 2026
863
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
172
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.