Qaynar xətt:

(+99450) 247 90 86

7 %-ə qədər qaldırılır  -  2027-ci ilin büdcə zərfinə daxil edildi

7 %-ə qədər qaldırılır  -  2027-ci ilin büdcə zərfinə daxil edildi

CƏMİYYƏT

83

10.11.2026, 09:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətinin yuxarı həddinin 5 %-dən 7 %-ə çatdırılması nəzərdə tutulur.

Oxu24.com  xəbər verir ki, bu, "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd, 2027-ci ilin büdcə zərfinə daxildir.

Xatırladaq ki, 2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən eynidir.

O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə 110 milyon manat təşkil edəcək.

Gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.