Rusiyada konsert verməkdən imtina etdi
29 İyul 2025, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86Uşaqlıqda bütün ailə üzvlərini itirən,əmisi evində döyülən,evlənməkdən qorxan və dünyadan nakam gedən aktyorumuz
ŞOU-BİZNES
1002
02.05.2025, 19:10
Oxu24.com oxucularına dünyadan köçmüş sənətçilər haqqında məlumatları təqdim etməkdə davam edir.
Bu dəfə haqqında söz açacağımız şəxs "Məzi" kimi tanıdığımız əməkdar artist Elçin Həmidovdur
1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş. Elçinin öz sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülüb. Bir dəfə əmisigildə onu necə döyürlərsə, üstünə təcili yardım maşını gəlir. Qohumları onu hədələyirlər ki, həkimə heç nə deməsin.
2. Valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və o biri qardaşını itirir.
4. Əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb. Bir müddət sonra isə yaxşı səsi olduğu üçün teatrda xor artisti olur. 19 yaşında isə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsinə daxil olur.
5. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin “Bakılı oğlanlar” komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.
6. Musiqili Teatrda bir çox aktyorlarla yanaşı Hacıbaba Bağırovla da yaxın dost olub. Hacıbaba müəllim ondakı istedada arxayın olaraq, öz rollarını da Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq, onun azyaşlı qızına telefonla nağıllar danışarmış.
7. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram, ölüb gedəcəm, yazıq qadın tənha qalacaq.
Həmçinin oxuyun
8. Aktyorun səhnədəki son rolu Qoqolun “Evlənmə” tamaşasında idi. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib-danışmadan evlənmə tamaşasını diskdən izləyib.
9. Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam. Ölümündən iki gün əvvəl isə dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir.
10. Elçin deyənlər olur. 2011-ci il martın 4-ü səhər teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. Məşqə, tamaşaya gecikməyi sevməyən Elçin gəlib çıxmır. Hamı təəccüblənir. Truppa müdiri Vidadi Həsənov mobil telefonuna zəng vurur, telefon açıq olsa da cavab vermir. Dostları onun evinə yollanırlar. Evdən televizor səsi gəlsə də qapını açan olmur. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini çağırırlar. Onların köməyi ilə mənzilin qapısı açılanda dəhlizdə uzanan 52 yaşlı Elçinin artıq keçindiyi məlum olur.
İrsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşibmiş, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.
Əməkdar artist Kübra Əliyeva yaxın dostu və həmkarı mərhum Əməkdar artist Elçin Həmidovla bağlı xatirələrini bölüşüb.
Bu haqda sənətçi “O üz” verilişinə qonaq olarkən danışıb.
Aktrisa E.Həmidovun qızıllarını tualetdə sifonun içində gizlətdiyini bildirib:
“O hamıya deyirdi ki, mən qızıllarımı tualetdə sifonun içinə qoymuşam. Tez-tez halı pisləşirdi, özündən gedirdi. Teatrda bütün aktyorlar başına yığılırdı, müalicə etdirirdik”.
Qeyd edək ki, “Məzi” obrazı ilə tamaşaçıların sevgisini qazanan aktyor 2011-ci ildə qəflətən dünyasını dəyişib.
14:32 / 30 İyul 2025
Altay Respublikasında zəlzələ baş verib
1
14:29 / 30 İyul 2025
Çin və Rusiya arasında birgə təlimlər olacaq
5
14:17 / 30 İyul 2025
Tramp bildirib ki, Si Cinpin onu Çinə dəvət etmək istəyir
9
14:09 / 30 İyul 2025
ABŞ Fransanın Fələstini tanımasını nasistlərin qələbəsi ilə müqayisə edir
14
13:55 / 30 İyul 2025
ABŞ Çinin üstünlüyünü tanıdı
13
13:33 / 30 İyul 2025
Prezident Sərəncam imzaladı
348
13:28 / 30 İyul 2025
Yapon Vanqa 2025-ci ilin iyulunda zəlzələ olacağını proqnozlaşdırıbmış
24
13:25 / 30 İyul 2025
Somaliland ABŞ-yə nə təklif edir?
18
13:15 / 30 İyul 2025
Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
124
13:05 / 30 İyul 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
106
13:02 / 30 İyul 2025
ABŞ-da onlarla ravvin saxlanılıb
29
12:56 / 30 İyul 2025
Zəlzələ o qədər güclü oldu ki,ağ BALİNALAR sahilə çıxdı - VİDEO
28
12:41 / 30 İyul 2025
İşləməyə Rusiyaya gedənlərə pis xəbər — Qalmaqallı qadağa barədə detallar
108
12:16 / 30 İyul 2025
SON DƏQİQƏ! Rusiya məşhur azərbaycanlını axtarışa VERDİ
496
12:15 / 30 İyul 2025
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
70
12:05 / 30 İyul 2025
Tailand gərginlik ərəfəsində bunu QADAĞAN ETDİ
43
11:58 / 30 İyul 2025
Nəhəng vulkan belə PÜSGÜRDÜ - ANBAAN
45
11:52 / 30 İyul 2025
Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
45
11:50 / 30 İyul 2025
Bu diplomlar tanınmadı
44
11:40 / 30 İyul 2025
Azərbaycanlılar bu ölkədən deportasiya EDİLDİ
799
11:32 / 30 İyul 2025
Litva pilotsuz təyyarələri vurmağa hazırlaşır
48
11:27 / 30 İyul 2025
Prezident onu təbrik etdi
46
11:25 / 30 İyul 2025
Çin Ukraynanın xarici siyasətinə görə fikir ayrılığına düşüb
43
11:19 / 30 İyul 2025
Hollandiya -İsrail qarşıdurması
36
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.