Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1188
13.12.2023, 18:45
Azərbaycan Vəkillər Kollegiyası (VK) vətəndaşlara özünü vəkil kimi təqdim edərək pul aldığı iddia edilən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.
VK-nın Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Kollegiyanın üzvü deyil:
“Həmin şəxslə bağlı əvvəllər də Kollegiyanın Rəyasət Heyətinə daxil olmuş müraciətlər üzrə tərəfimizdən vətəndaşlara izahlar verilib, şikayətləri aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib”.
Kollegiya belə hallarda vətəndaşları diqqətli olmağa çağırıb: “Odur ki, vətəndaşları sosial şəbəkələr vasitəsi ilə hüquq xidmətləri göstərən səhifələrə müraciət edərkən ünsiyyət zamanı diqqətli olmağa, şəxsi sirrlərini yazışmalarla təqdim etməməyə, hüquqi yardım göstərəcək şəxslərin vəkil olduqlarını bizim internet saytımızda (barassociation.az) dəqiqləşdirməyə, vəkillik statusunu təsdiq edən xidməti vəsiqəni tələb etməyə və yalnız vəkil bürolarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin ofisində vəkil xidmətlərinin göstərilməsi haqqında müqavilə bağladıqdan sonra ödənişlər etməyə çağırırıq.
Bildiririk ki, vəkil adından qanunsuz istifadə hallarına mütəmadi olaraq rast gəlinir. Belə hallar vətəndaşların keyfiyyətli hüquqi yardım almasına mane olmaqla yanaşı, vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Bildirmək istərdik ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu kimi hallarla mübarizə istiqamətində bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Vəkil adından qanunsuz istifadə edən şəxslərlə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
“Qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər. Eyni zamanda vətəndaşlardan qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında “Qaynar xətt”ə (012 594 08 70) zəng edərək məlumat versilməsini xahiş edirik!” - Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, mətbuatda aktyor, rejissor Elşad Rəhimzadənin dələduzluqla üzləşdiyi barədə məlumat yayılıb. O qeyd edib ki, sosial şəbəkədə özünü vəkil kimi təqdim edən Panəliyeva Səbiyyə İlham qızı etibarımdan sui-istifadə edədərək onu aldadıb, dələduzluq niyyəti ilə 8300 manat məbləğində pulunu ələ keçirib.
Miri Məcidli
12:03 / 29 Noyabr 2026
1
12:00 / 29 Noyabr 2026
16
11:33 / 29 Noyabr 2026
88
10:55 / 29 Noyabr 2026
90
10:25 / 29 Noyabr 2026
139
10:24 / 29 Noyabr 2026
314
10:00 / 29 Noyabr 2026
241
09:58 / 29 Noyabr 2026
116
09:54 / 29 Noyabr 2026
113
09:15 / 29 Noyabr 2026
134
01:31 / 29 Noyabr 2026
228
01:22 / 29 Noyabr 2026
216
00:11 / 29 Noyabr 2026
294
23:56 / 28 Noyabr 2026
613
23:47 / 28 Noyabr 2026
232
23:36 / 28 Noyabr 2026
957
23:13 / 28 Noyabr 2026
246
22:57 / 28 Noyabr 2026
251
22:29 / 28 Noyabr 2026
261
22:11 / 28 Noyabr 2026
253
22:01 / 28 Noyabr 2026
230
21:50 / 28 Noyabr 2026
349
21:34 / 28 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.