Qaynar xətt:

(+99450) 247 90 86

Los-Anceles sahillərində güclü zəlzələ olub 

Los-Anceles sahillərində güclü zəlzələ olub 

DÜNYA

58

28.11.2026, 23:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Los-Anceles sahillərində 5,0 maqnitudalı zəlzələ baş verib.

Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

İlkin məlumatlara görə, zəlzələ səhər saatlarında Manhetten-Biç şəhərinin sahilindən təxminən 10 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı təxminən 9 kilometr dərinlikdə yerləşib.

Əsas təkanın ardınca 3,0 və 2,5 maqnitudalı ən azı iki afterşok qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Los-Anceles Yanğından Mühafizə Xidməti yüksək hazırlıq rejimi elan edib və şəhərin quru, hava və dəniz yolu ilə yoxlanılması üçün əlavə qüvvələr cəlb edib. Mütəxəssislər kritik infrastrukturun və xüsusilə həssas ərazilərin vəziyyətini yoxlayırlar.