Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
29 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
29.11.2026, 10:24
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi fərdi sahibkar Səfərəliyev Pərviz Novruzəli oğlu (VÖEN – 1203057622) ilə satınalma müqaviləsi imzalayıb.
Oxu24.com xəbər verir ki,müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Pərviz Səfərəliyev Balıqçılıq və Akvakultura Mərkəzinin sifarişi ilə bu quruma restoran xidməti (şam yeməyinin təşkili) göstərib və qarşılığında 3 min 960 manat alıb.
Qeyd edək ki, fərdi sahibkar Pərviz Səfərəliyevin qeydiyyat ünvanı Xəzər rayonu, Buzovna qəsəbəsi, M. Musayev küçəsi, ev 15, mənzil 15 ünvanında yerləşir. Bu ünvanda "Dükkan” adlı restoran fəaliyyət göstərir.
Açıqlanan məlumatlardan belə görünür ki, "Dükkan” restoranının paytaxtda bir neçə şöbəsi fəaliyyət göstərir.
Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Dükkan” restoranının Buzovna qəsəbəsi, R. İmanov küçəsi, 37 ünvanında fəaliyyət göstərən şöbəsinə baxış keçiriblər.
Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq onların istehlaka təqdim edilməsinin qarşısı alınıb.
AQTA əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Bundan başqa, AQTA daha əvvəl də "Dükkan” restoranı barəsində protokol tərtib edib.
Məlumatda həmçinin bildirilir ki, "Dükkan” restoranı fərdi sahibkar Əliyev Eyvaz Həsən oğluna məxsusdur.
Onu da bildirək ki, Əliyev Eyvaz Həsən oğlu eyni zamanda "Şeh” MMC-nin (VÖEN – 1200940231) təsisçisi və rəhbəri olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, bir ay əvvəl – bu ilin oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi də "Şeh” MMC olub. Bu şirkət nazirlikdən 191 min 444 manat 38 qəpik alaraq təmizlik işləri həyata keçirəcək./yeniavaz
10:25 / 29 Noyabr 2026
40
10:00 / 29 Noyabr 2026
144
09:58 / 29 Noyabr 2026
78
09:54 / 29 Noyabr 2026
74
09:15 / 29 Noyabr 2026
111
01:31 / 29 Noyabr 2026
213
01:22 / 29 Noyabr 2026
206
00:11 / 29 Noyabr 2026
274
23:56 / 28 Noyabr 2026
556
23:47 / 28 Noyabr 2026
219
23:36 / 28 Noyabr 2026
872
23:13 / 28 Noyabr 2026
235
22:57 / 28 Noyabr 2026
240
22:29 / 28 Noyabr 2026
251
22:11 / 28 Noyabr 2026
242
22:01 / 28 Noyabr 2026
222
21:50 / 28 Noyabr 2026
244
21:34 / 28 Noyabr 2026
224
21:22 / 28 Noyabr 2026
255
20:57 / 28 Noyabr 2026
330
20:40 / 28 Noyabr 2026
247
20:24 / 28 Noyabr 2026
250
20:16 / 28 Noyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.