Qaynar xətt:

(+99450) 247 90 86

Mourinyo məğlubiyyət və Arda haqda

Mourinyo məğlubiyyət və Arda haqda

İDMAN

70

29.11.2026, 12:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında “Alaves”ə məğlubiyyədən (1:2) danışıb.

Oxu24.com  xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini “Marca” nəşri yayıb:

“Biz sıx müdafiə olunan və topu ələ keçirdikdə ötürmələrlə oynamayan komandaya qarşı mübarizə aparırdıq. Onların məqsədi topa sahib olmaq deyil, hücumçulara uzun ötürmələr göndərmək və əks-hücumlar təşkil etmək idi. Bizə isə rəqibin cərimə meydançasında daha çox futbolçunun olması çatışmırdı.

Ötürmələr edirdik, amma boş zonalara nəzarət edə bilmirdik. Düşündüm ki, Espi bizə kömək edə bilər. Rəqib bura gələn digər komandalardan fərqli oynayırdı. Bu, heç də tənqid deyil.

Topa sahib olurduq, ötürmələr edirdik, amma cərimə meydançasına daxil ola bilmirdik. Bernardo Silva və Arda Güler topa sahib olmağı sevən, bir-birinə bənzər futbolçulardır. Onlar meydanda olarkən komanda boş zonalar tapa bilmirdi və cərimə meydançasında kifayət qədər futbolçumuz olmurdu.

Espini meydana buraxdım. Düşündüm ki, iki variantım var: ya Ardanı, ya da Vinisiusu əvəzləməliyəm. Bir cinahda Diomandenin, digər cinahda isə Vinisiusun hücumlarımızı genişləndirəcəyini düşündüm. Arda ilə Bernardo isə faktiki olaraq eyni işi görürlər”.

Mourinyo rəqibin baş məşqçisi Kike Floresin seçdiyi taktika barədə də danışıb:

“Kike öz planını həyata keçirdi. Bu, bizim üçün gözlənilməz olmadı. Dünən belə müdafiə futbolu oynayacaq komandaya qarşı hazırlaşmışdıq. Onlar oyunun tempini aşağı saldılar, xalis oyun vaxtını azaltdılar və bununla da işimizi çətinləşdirdilər. Seçdiyi taktikaya görə Kikeni təbrik edirəm. Ona yeganə iradım topların meydana atılması ilə bağlı xoşagəlməz hərəkətdir. Artıq futbolda heç kim belə etmir”.

Qeyd edək ki, “Real” La Liqada 14 oyundan sonra 33 xalla üçüncü, “Alaves” isə 19 xalla səkkizinci pillədə qərarlaşıb.