Qaynar xətt:

(+99450) 247 90 86

İRAN YERİN ALTINDA NƏ GİZLƏDİR? - sirli tikinti üzə çıxdı

İRAN YERİN ALTINDA NƏ GİZLƏDİR? - sirli tikinti üzə çıxdı

SİYASƏT

52

28.11.2026, 23:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran ölkənin ən strateji iki nüvə mərkəzi – İsfahan və Natanz arasında yerləşən ərazidə indiyədək məlum olmayan nəhəng yeraltı obyekt inşa edir. 

Oxu24.com xəbər verir ki, Bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu 24 noyabr tarixli yeni peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.

49 kvadrat kilometrlik məxfi ərazi

Mütəxəssislərin bildirdiyinə görə, tikinti işləri İsfahan nüvə kompleksi ilə Natanz yaxınlığındakı Pikaks dağı arasında, təxminən 65 kilometrlik məsafədə yerləşən Behcətabad yaşayış məntəqəsi yaxınlığında aparılır. Hazırda yerin dərinliyində yerləşən kompleksin ətrafında qoruyucu perimetr hasarı çəkilir.

Analitik mərkəzin hesablamalarına əsasən, tikinti başa çatdıqdan sonra obyekt təxminən 49 kvadrat kilometr sahəni əhatə edəcək. Peyk fotolarında ərazidə bir neçə nəzarət-buraxılış məntəqəsi, azı dörd aktiv tunel girişi və partlayıcı maddələrin saxlanması üçün xüsusi sahələr aydın görünür.

Nüvə obyekti, yoxsa raket bazası?

Tikinti işlərinin qeyri-adi sürətlə getməsinə baxmayaraq, kompleksin dəqiq təyinatı hələlik məlum deyil. Ekspertlər iki əsas ehtimal üzərində dayanırlar:

SEPAH-ın raket bazası: Coğrafi mövqeyi və tunel girişlərinin quruluşu İrandakı digər oxşar hərbi obyektləri xatırlatdığı üçün buranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni raket bazası olması istisna edilmir.

Nüvə proqramı ilə əlaqə: Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu obyektin birbaşa nüvə proqramına xidmət etməsi ehtimalını da yüksək qiymətləndirir. Tehran adətən ən həssas nüvə infrastrukturlarını həm kəşfiyyatdan gizlətmək, həm də mümkün hava zərbələrindən qorumaq üçün dağların içərisində və ya yerin dərinliyində yerləşdirir.

Zərbələrdən sonrakı təhlükəsizlik tədbirləri

Xatırladaq ki, İranın uranı zənginləşdirmə üzrə ən böyük mərkəzi olan Natanz 2025-ci ilin iyunundakı qısamüddətli münaqişə zamanı və 2026-cı ilin fevralında başlayan hərbi əməliyyatlar çərçivəsində ABŞ-nin zərbələrinə məruz qalmışdı. İsfahanda isə kimyəvi laboratoriya, nüvə yanacağı zavodu və sentrifuq emalatxanası ilə yanaşı, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının saxlandığı geniş yeraltı tunel şəbəkəsinin olduğu güman edilir.

BMT ekspertlərinin qiymətləndirməsinə görə, Tehran hazırda təxminən 440 kiloqram 60 faizədək zənginləşdirilmiş uran ehtiyatına malikdir. Bu göstərici mülki nüvə proqramları üçün tələb olunan həddi dəfələrlə üstələyir və nüvə silahı yaratmaq səviyyəsindən cəmi bir texniki addım uzaqda hesab olunur.AzPolitika