SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
680
04.02.2020, 14:41
Çində təhsil alan 6 azərbaycanlı karantinə alınıb.
Oxu24.com -un məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri bu barədə birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.
Onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
İkinci şəxs Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının isə sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.
Xəstəxanaya yerləşdirilən Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Həmçinin oxuyun
Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da xəstəxanaya yerləşdirilib. Hərarəti normaldır, heç bir şikayəti yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan və bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Çin vətəndaşı isə karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.
02:50 / 04 Fevral 2026
87
01:36 / 04 Fevral 2026
86
01:25 / 04 Fevral 2026
99
00:55 / 04 Fevral 2026
87
00:41 / 04 Fevral 2026
87
00:26 / 04 Fevral 2026
127
00:01 / 04 Fevral 2026
96
23:40 / 03 Fevral 2026
571
23:35 / 03 Fevral 2026
108
23:35 / 03 Fevral 2026
89
23:32 / 03 Fevral 2026
81
23:28 / 03 Fevral 2026
599
23:22 / 03 Fevral 2026
79
23:16 / 03 Fevral 2026
95
23:12 / 03 Fevral 2026
93
23:06 / 03 Fevral 2026
75
22:54 / 03 Fevral 2026
105
22:46 / 03 Fevral 2026
157
22:41 / 03 Fevral 2026
91
22:36 / 03 Fevral 2026
89
22:32 / 03 Fevral 2026
159
22:29 / 03 Fevral 2026
119
22:19 / 03 Fevral 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.