SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1534
30.01.2020, 15:40
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb.
Agentlikdən Oxu24.com-a verilən xəbərə görə, yanvarın 30-da Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb. Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır. Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək.
Həmçinin oxuyun


14:38 / 03 Fevral 2026
15
14:27 / 03 Fevral 2026
28
14:25 / 03 Fevral 2026
25
14:14 / 03 Fevral 2026
680
14:06 / 03 Fevral 2026
41
13:49 / 03 Fevral 2026
36
13:48 / 03 Fevral 2026
46
13:08 / 03 Fevral 2026
1395
13:01 / 03 Fevral 2026
62
12:48 / 03 Fevral 2026
53
12:44 / 03 Fevral 2026
57
12:37 / 03 Fevral 2026
52
12:32 / 03 Fevral 2026
388
12:27 / 03 Fevral 2026
96
12:17 / 03 Fevral 2026
497
12:13 / 03 Fevral 2026
331
12:02 / 03 Fevral 2026
107
11:58 / 03 Fevral 2026
89
11:56 / 03 Fevral 2026
59
11:50 / 03 Fevral 2026
265
11:48 / 03 Fevral 2026
63
11:36 / 03 Fevral 2026
480
11:33 / 03 Fevral 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.