SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1169
30.01.2020, 13:19
Çində koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindən 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşının təxliyyə edilməsi üçün Türkiyə Səhiyyə Nazirliyi “Koca Yusuf” əməliyyatına başlayır.
Oxu24.com -un “hurriyet”ə istinadən verdiyi xəbərə görə, Səhiyyə naziri Fəxrəddin Hoca jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Koca Yusuf” adlı “Hercules” hərbi-nəqliyyat təyyarəsi bu məqsədlə Etimesgut Hərbi Hava limanından sözügedən şəhərə uçmağa hazırlaşır.
Nazirin sözlərinə görə, Uhandan çıxarılacaq vətəndaşlar üçün Çin hökuməti ilə danışıqlar aparılıb, lazımi icazə alınıb.
“Hazırda vətəndaşlarımızda xəstəliklə bağlı hər hansı əlamət aşkarlanmayıb. Ancaq yenə də ilk tibbi müayinə Uhandakı hava limanında heyətimiz tərəfindən göstəriləcək.Təyyarədə ictimai səhiyyə mütəxəssisi də olacaq. Pilotdan tibbi heyətə və vətəndaşlarımıza qədər hər kəs xüsusi bir paltar geyinəcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və sağlamlıq qrupu 14 gün ərzində karantin altında tutulacaq. Heç kimin ağlında hər hansı sual yaranmasın. Türkiyə yoluxucu risk olan bütün xəstəliklərlə əlaqədar hər cür tədbirləri görüb”, -deyə F. Hoca vurğulayıb.
Həmçinin bildirilib ki, təyyarəyə gəlməzdən əvvəl evakuasiya ediləcək insanlardan sağlam olduqları (istifadə edilməli dərmanlar da daxil olmaqla) barədə bir bəyannamə alacaqlar. Həmin şəxslər Uhan hava limanında ayrı bir ərazidə yoluxucu xəstəlik mütəxəssisi tərəfindən müayinə ediləcək və daha sonra təyyarəyə daxil olacaqlar.
Həmçinin oxuyun

14:38 / 03 Fevral 2026
27
14:27 / 03 Fevral 2026
31
14:25 / 03 Fevral 2026
28
14:14 / 03 Fevral 2026
726
14:06 / 03 Fevral 2026
41
13:49 / 03 Fevral 2026
36
13:48 / 03 Fevral 2026
46
13:08 / 03 Fevral 2026
1421
13:01 / 03 Fevral 2026
63
12:48 / 03 Fevral 2026
53
12:44 / 03 Fevral 2026
57
12:37 / 03 Fevral 2026
52
12:32 / 03 Fevral 2026
397
12:27 / 03 Fevral 2026
98
12:17 / 03 Fevral 2026
501
12:13 / 03 Fevral 2026
331
12:02 / 03 Fevral 2026
109
11:58 / 03 Fevral 2026
91
11:56 / 03 Fevral 2026
59
11:50 / 03 Fevral 2026
266
11:48 / 03 Fevral 2026
63
11:36 / 03 Fevral 2026
483
11:33 / 03 Fevral 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.