Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə vətəndaşı İlham Əliyevə məktub yazdı

2019-02/1549017049_ilham-eliyev-4.jpg

SİYASƏT

799

01.02.2019, 14:33

\"\"  Türkiyə Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub yazıb.
Oxu24.com  Prezident.az  saytına istinadən mətni təqdim edir: Hörmətli cənab Prezident. Mən artıq altı ildir ki, Türkiyənin İstanbul şəhərində yaşayıram. Doğmalarıma və yaxınlarıma baş çəkmək üçün tez-tez Bakı şəhərinə gəlirəm. Ölkəmizdəki gözəllik məni valeh edir. Azərbaycanımızı bu qədər gözəlləşdirdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən Sizdən çox razıyam. Qətiyyətli, eyni zamanda, mərhəmətli olmağınız, humanist qərarlar qəbul etməyiniz, insanlara daim kömək göstərməyiniz xalqımızda Sizə qarşı böyük rəğbət oyatmışdır. Allah Sizə uzun ömür versin. Həm də çox sevinirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla möhkəm dostluq və qardaşlıq münasibətləriniz var. Sizə olan sevgim sonsuzdur, cənab Prezident! Bir daha Sizə təşəkkür edirəm. Hörmətlə, Çidəm Fəridə Faiq qızı. Türkiyə Respublikası, İstanbul şəhəri.