Bakıda 19 yaşlı tələbə itkin düşdü-Foto
04 Fevral 2026, 02:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
735
21.12.2025, 15:05
Azərbaycandan xaricə turist axını azalıb.
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,9 milyon nəfər olub.
Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Oxu24.com-a bildirib ki, burada əsas amil marağın azalması deyil, daha çox iqtisadi və qiymət faktorlarıdır:
“Son bir ildə aviabiletlərin bahalaşması, xarici ölkələrdə otel və xidmət qiymətlərinin artması, viza, sığorta və əlavə xərclər xaricə səyahəti bir çox ailə üçün daha baha edib. Eyni zamanda daxildə alternativlərin artması da təsir göstərir. Turistlər görür ki, ölkə daxilində daha münasib qiymətə keyfiyyətli istirahət mümkündür.
Əslində bazar tam daralmır, transformasiya olunur. Turizm şirkətləri bahalı Avropa istiqamətlərindən daha əlçatan regionlara yönəlir, qısa müddətli, yaxın ölkə turlarını artırır, daxili turizm paketlərini portfelə daxil edir, fərdi və ailəvi səyahətlərə fokuslanır.
Yəni klassik kütləvi xaric turları azalır, amma daha çevik və hədəfli məhsullar yaranır. Bu, bazarın zəifləməsi yox, yeni reallığa uyğunlaşmasıdır.
Həmçinin oxuyun
Mənim fikrimcə, kəskin artım gözlənilmir, amma stabilləşmə mümkündür.
Aviabiletlərdə müəyyən yumşalma olsa,regional istiqamətlərə maraq artsa,mövsümi kampaniyalar düzgün qurulsa,o zaman xaricə səfərlərin sayı yenidən tədricən arta bilər. Lakin bu artım əvvəlki illərdəki kimi kütləvi yox, seçici və məqsədli olacaq.
Eyni zamanda daxili turizmin güclənməsi xaricə axının əvvəlki səviyyəyə tam qayıtmasını bir qədər ləngidə bilər. Bu da ümumilikdə ölkə iqtisadiyyatı üçün mənfi deyil”,-deyə ekspert bildirib.
Çimnaz Telmanqızı
02:50 / 04 Fevral 2026
113
01:36 / 04 Fevral 2026
99
01:25 / 04 Fevral 2026
120
00:55 / 04 Fevral 2026
96
00:41 / 04 Fevral 2026
95
00:26 / 04 Fevral 2026
147
00:01 / 04 Fevral 2026
102
23:40 / 03 Fevral 2026
716
23:35 / 03 Fevral 2026
115
23:35 / 03 Fevral 2026
98
23:32 / 03 Fevral 2026
90
23:28 / 03 Fevral 2026
1154
23:22 / 03 Fevral 2026
90
23:16 / 03 Fevral 2026
103
23:12 / 03 Fevral 2026
99
23:06 / 03 Fevral 2026
79
22:54 / 03 Fevral 2026
115
22:46 / 03 Fevral 2026
173
22:41 / 03 Fevral 2026
96
22:36 / 03 Fevral 2026
97
22:32 / 03 Fevral 2026
185
22:29 / 03 Fevral 2026
128
22:19 / 03 Fevral 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.