Ağdamda qəza - Piyada xəsarət aldı
10 Yanvar 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1492
22.12.2025, 10:55
Vətəndaş Hüseynov Taleh tərəfindən irəli sürülən iddialara görə, Nizami Rayon İcra şöbəsinin icra məmuru Zaur Həmzəyev qanunsuz yollarla borclunun məsuliyyətdən yayınmasına şərait yaradır.
Bu barədə Oxu24.com-a müraciət edən vətəndaş iddia edir ki, Keşlə qəsəbə sakini Həsənov Teymur Yayca oğlu, Tanrıverdiyev Cəmşid Məsim oğlu və Tanrıverdiyev Rauf Cəmşid oğlu torpaq almaq adıyla 2007-ci ildə onun atasına qarşı dələduzluq edərək onun 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaitini mənimsəmişlər.
Şikayətçinin sözlərinə görə, icra məmuru qəsdən süründürməçiliyə yol verərək məhkəmə qərarının icrasını 4 ildən artıqdır ləngidir.
Nizami Rayon Məhkəməsinin 15.12.2018-ci il tarixli qətnaməsinə əsasən, həmin vəsaitin borclulardan tutulması qərara alınsa da, icra prosesi bu günə qədər tam yekunlaşmayıb.
Şikayətçi icra məmuru Zaur Həmzəyevin qanunsuz hərəkətlərə yol verdiyini iddia edərək konkret faktlar sadalayır.
Həmçinin oxuyun
İddia olunur ki, icra məmuru borclu Həsənov Teymurun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün onun 65 yaşının tamam olmasını gözləyib. Qanunvericiliyə görə, 65 yaşına çatmış şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Nəticədə, borclu məhkəmədə "məni uzaqbaşı cərimə edəcəklər, həbs etməyəcəklər" deyərək qərara etinasızlıq göstərib.
Digər borclu Tanrıverdiyev Cəmşidin vəfatından öncə icra məmuruna müraciət edərək borcun pensiyasına yönəldilməməsini xahiş etdiyi və bu istəyin qanunsuz olaraq yerinə yetirildiyi bildirilir.
Vətəndaş bildirir ki, hazırda icra məmuru onun telefon nömrəsini bloklayıb və heç bir müraciətinə cavab vermir.
Hüseynov Taleh qeyd edir ki, borclunun ölkədən çıxışına qadağa qoyulmasına və 2 dəfə cərimə olunmasına baxmayaraq, hələ də 8 min manatdan çox vəsait ödənilməmiş qalır. O, icra məmurunun Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmə qərarını icra etməmə) üzrə təqdimat verməli olduğu halda, bundan yayındığını vurğulayır.
"Məhkəmə dövlət adına qərar verir, icra şöbəsi isə bunu təmin etməlidir. Bu cür laqeyd münasibət təkcə mənə deyil, dövlətin və məhkəmənin imicinə də zərbə vurur", - deyə şikayətçi qeyd edib.
Vətəndaş məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət etsə də, hələlik heç bir nəticə əldə edə bilmədiyini deyir.
Qeyd edək ki,Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi Vidadi Məmmədovdur.O,2024-cü ilin iyulunda ədliyyə naziri Fərid Əhmədovun əmri ilə bu vəzifəyə təyin olunub.V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Onu da qeyd edək ki,icra xidməti sosial şəbəkələrdə,yerli mediada müxtəlif hallarda bu kimi mövzularla gündəmə gəlib.Rəis dəyişsə də,problemlər dəyişməz qalıb.
Oxu24.com məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlayacaq.
Çimnaz Telmanqızı
00:59 / 11 Yanvar 2026
30
00:11 / 11 Yanvar 2026
41
00:09 / 11 Yanvar 2026
42
23:47 / 10 Yanvar 2026
45
23:36 / 10 Yanvar 2026
50
23:25 / 10 Yanvar 2026
42
23:20 / 10 Yanvar 2026
56
23:05 / 10 Yanvar 2026
78
22:41 / 10 Yanvar 2026
299
22:40 / 10 Yanvar 2026
102
22:30 / 10 Yanvar 2026
67
22:20 / 10 Yanvar 2026
136
22:14 / 10 Yanvar 2026
59
21:55 / 10 Yanvar 2026
151
21:42 / 10 Yanvar 2026
72
21:30 / 10 Yanvar 2026
237
21:12 / 10 Yanvar 2026
90
21:08 / 10 Yanvar 2026
54
21:05 / 10 Yanvar 2026
66
21:01 / 10 Yanvar 2026
358
20:58 / 10 Yanvar 2026
71
20:47 / 10 Yanvar 2026
100
20:43 / 10 Yanvar 2026
85
20:32 / 10 Yanvar 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.