Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
16 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1656
21.12.2025, 09:21
Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Oxu24.com milli.az-a istinadən xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanma və bişirilmə mərhələlərində yaranır:
“Tarixi keçmiş məhsullar, açıq havada saxlanılan toyuq əti və yarımçıq bişirmə ən çox rast gəlinən problemlər sırasındadır. Bu hallarda toyuq əti “salmonella” və “campylobacter” kimi təhlükəli bakteriyaların daşıyıcısına çevrilə bilər”.
Ekspert bildirir ki, toyuq əti tez xarab olan məhsuldur və +2, +4 dərəcə temperaturda saxlanmalıdır. Onun sözlərinə görə, bəzi satış məntəqələrində məhsul saatlarla açıq havada qalır, daha sonra yenidən soyuducuya yerləşdirilir ki, bu da bakteriyaların sürətlə çoxalmasına səbəb olur.
Mütəxəssis qeyd edir ki, istehlakçılar çox zaman toyuğun rənginə və qoxusuna aldanırlar, lakin bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə, sağlamlıq üçün risk daşıya bilər.
Həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, yarımçıq bişmiş toyuq əti qəbul edildikdən sonra 6-24 saat ərzində ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət müşahidə oluna bilər. Bu əlamətlər əsasən salmonella infeksiyasına işarə edir.
Həkim qeyd edir ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər risk qrupuna daxildir. Bu kateqoriyadan olan insanlarda zəhərlənmə daha ağır keçir, bəzən susuzlaşma və ağır infeksiya səbəbindən xəstəxana şəraitində müalicə tələb olunur.
Həkim valideynlərə xüsusi xəbərdarlıq edərək bildirir ki, azyaşlı uşaqlara verilən toyuq əti mütləq yaxşı bişmiş olmalı, içi çəhrayı və ya qanlı qalmamalıdır.
Mütəxəssislər vətəndaşlara toyuq ətini yalnız rəsmi satış nöqtələrindən almağı, çiy toyuğu digər qidalardan ayrı saxlamağı, bişirmə zamanı ətin tam bişdiyinə əmin olmağı və çiy ətlə təmasdan sonra əlləri və mətbəx alətlərini mütləq yumağı tövsiyə edirlər.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.