İnsan beyini nə zaman qocalmağa başlayır?
19 Mart 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
714
21.12.2025, 21:51
Ayaqlarda yaranan şişlər müəyyən xəstəliklərin səbəbi ola bilər.
Mövzu ilə bağlı terapevt Günel Qasımova Oxu24.com-a açıqlamasında bildirib ki, ayaq şişlərinin bir neçə səbəbləri var.
“Həqiqətən də ürək qan-damar mənşəli ola bilər, böyrək mənşəli, qaraciyər çatışmazlığı zamanı, hamilələrdə, damar durğunluğu nəticəsində və limfa dövranının zəifliyi nəticəsində ola bilər.
Əgər şiş ürək ürək mənşəlidirsə, bu zaman ürəyin artıq yüklənməsi baş verir. Digər şikayətlər də yaranır və səhər yuxudan duranda fərqləndirici əlamət ondan ibarətdir ki, şişi yenə də olduğu kimi görürsünüz.
Böyrək şişləri zamanı gözün altında torbalanmalar olur və üz daha yumru olur, daha şişkin görünür. Və təbii ki, sidiyin ümumi analizində, böyrəklərin ultrasəsində müvafiq dəyişiklikləri görəcəksiniz.
Qaraciyər çatışmazlığı zamanı qaraciyərin funksional göstəriciləri kəskin şəkildə dəyişəcək. Bilirsiniz, gepatitlər, qaraciyər çatışmazlığı, sirroz, fibroz kimi ağır xəstəliklər var. Əlbəttə, paralel olaraq xəstənin qarnında da maye olacaq. Bu xəstənin də ayağında şişkinlik heç zaman keçməyəcək.
Həmçinin oxuyun
Bilirik ki, şiş hamiləlik zamanı əlavə yüklə bağlıdır. Hamiləlik bitdikdən sonra şişkinlik keçir.
Və əsas məsələ damar durğunluğu və limfa səbəbindən yaranan ayaq şişləridir. Bu zaman səhər yuxudan duranda mənim pasiyentlərim ayaqlarında heç bir şiş görmür. “Doktor, bizdə səhərlər hər şey əla olur”,- deyirlər. Günorta xanımlar ev işlərini görəndə, kişilər işdə olanda ayaq axşama doğru daha şişkin olur. Ona görə də bu zaman biz kompression corabları çox məsləhət bilirik və çox faydasını görürük”,-deyə həkim bildirib.
Çimnaz Telmanqızı
00:58 / 20 Mart 2026
65
00:56 / 20 Mart 2026
97
00:45 / 20 Mart 2026
79
00:10 / 20 Mart 2026
72
00:03 / 20 Mart 2026
91
23:53 / 19 Mart 2026
95
23:31 / 19 Mart 2026
79
23:13 / 19 Mart 2026
91
22:59 / 19 Mart 2026
202
22:49 / 19 Mart 2026
202
22:36 / 19 Mart 2026
90
22:20 / 19 Mart 2026
101
22:11 / 19 Mart 2026
112
21:41 / 19 Mart 2026
86
21:30 / 19 Mart 2026
181
21:19 / 19 Mart 2026
314
21:06 / 19 Mart 2026
173
20:59 / 19 Mart 2026
172
20:53 / 19 Mart 2026
10303
20:40 / 19 Mart 2026
266
20:30 / 19 Mart 2026
286
20:19 / 19 Mart 2026
232
20:18 / 19 Mart 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.