Qaynar xətt:

(+99450) 247 90 86

Bu nazirlər vəzifəsini itirdi - Yenilərin adları

Bu nazirlər vəzifəsini itirdi - Yenilərin adları

SİYASƏT

1355

21.04.2018, 21:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.
“Oxu24.com” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər. Həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bundan sonra həmin vəzifəni icra etməyəcək. Hökumətin yeni tərkibində onun postuna millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev gətirilib.
S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib. Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi. Bundan başqa, Baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifov da kabinetdəki vəzifələrini itiriblər. Onlardan birinin yerinə Bakı meri Hacıbala Abutalıbov təyinat alıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsini isə bundan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Rafiq oğlu Nuriyev icra edəcək. Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi bu il fevralın 19-u Abbas Ələsgərov vəfat etdikdən sonra boş qalmışdı. Məlumat üçün bildirək ki, hökumətin yeni tərkibində bir sıra nazir postlarına təyinat hələlik həyata keçirilməyib. Belə ki, səhiyyə, mədəniyyət və turizm, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hələlik məlum deyil.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

12:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

51

0
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

12:15 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

59

0
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

12:04 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

78

0
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

12:03 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

54

0
Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

12:00 / 05 Oktyabr 2026

TİBB TİBB

Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

72

0
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

11:55 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

73

0
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

11:50 / 05 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

61

0
Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

11:42 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

83

0
Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

11:39 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

64

0
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

11:31 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

58

0
Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

11:28 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

64

0
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

11:22 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

69

0