Qaynar xətt:

(+99450) 247 90 86

Kimlər gəldi, kimlər getdi? - İqtidarın yeni komandası

Kimlər gəldi, kimlər getdi? - İqtidarın yeni komandası

SİYASƏT

2593

21.04.2018, 20:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
Oxu24.com-un  məlumatına görə, hökumətin tərkibində bir sıra dəyişikliklər edilib. İki nazir və iki komitə sədri postuna yeni təyinat olub.
Ölkə başçısının sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev təyin olunub. Deputat Rövşən Rzayev Əli Həsənovu əvəz edərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib.
Heydər Əsədov yeni komandada yer almayıb. Ölkənin kənd təsərrütafı naziri postuna Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyin olunub. Səlim Müslümov nazir vəzifəsindən azad edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri postu iqtisadiyyat nazirinin müavini Sahil Babayevə tapşırılıb. Bundan əlavə Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov da baş nazirin müavini vəzifəsindən azad edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə yeni baş nazir Novruz Məmmədovun müavini təyin olunub. Bəzi nazirlik və dövlət komitələrinə rəhbər təyin olunmayıb. Belə ki, səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi, mədəniyyət naziri postu hələlik boşdur. Həmçinin Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni üzvləri: Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov; Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov; Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov; Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov; Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov; Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov; Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev; Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov; Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov; Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev; Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov; Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov; Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov; Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə; Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev; Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

12:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

51

0
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

12:15 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

59

0
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

12:04 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

78

0
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

12:03 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

54

0
Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

12:00 / 05 Oktyabr 2026

TİBB TİBB

Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

72

0
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

11:55 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

73

0
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

11:50 / 05 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

61

0
Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

11:42 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

83

0
Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

11:39 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

64

0
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

11:31 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

58

0
Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

11:28 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

64

0
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

11:22 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

69

0