Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan açıqlama: “Heyli istefa verdi, Tramp zəifləyəcək”

2018-10/1539117588_heyli.jpg

SİYASƏT

892

10.10.2018, 00:39

\"\" Nikki Heylinin istefası Donad Trampın opponentləri ilə əlaqəsini zəiflədir.
Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev deyib. O bildirib ki, Heylini əvəz edəcək şəxsin danışıq üslubu indi vacib məsələlərdən biridir. “Heylinin istefası Trampın Konqresin və KİV-in təzyiqi ilə üz-üzə gəldiyi vaxta təsadüf edir. Şübhəsiz ki, bu, Trampın mövqelərini zəiflədir”, – deyə Kosaçev bildirib. Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi N.Heyli vəzifəsindən istefa verdiyini bəyan edib.