Prezident İMZALADI: Azərbaycanda bu qadağan EDİLDİ
26 Yanvar 2026, 16:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1455
05.12.2019, 14:54
Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.
Bunu Müsavat qəzetinin canlı yayımında bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:
“Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.
Həmçinin oxuyun
S. Novruzov bu təhlillərin nədən ibarət olmasına da aydınlıq gətirib:
“Deputatların seçicilər arasındakı nüfuzu, davranış qaydaları, parlamentdəki çıxışları, dövlətçiliyi müdafiəsindəki mövqeyi, partiyanın qərarlarının yerinə yetirilməsi, mətbuatdakı rolu, sosial şəbəkələrdəki iştirakı, beynəlxalq təşkilatlarda təmsilçiliyi və apardığı işlər təhlil olunur. Yerlərdə də bu təhlil işləri mütəmadi olaraq aparılır. Onsuz da buna qədər də müxtəlif rayonlarda, paytaxt Bakıda bizim 50-yə yaxın müxtəlif görüşlərimiz olmuşdu”.
Millət vəkili qeyd edib ki, təhlillərin nəticələri mütəmadi müzakirə olunur:
“Hazırda bu müzakirələr demək olar ki, başa çatıb. Partiyanın sədrinin yanında da bu müzakirələrə davam ediləcək. Seçkidə iştirak edəcəklər arasında hazırda Milli Məclisin üzvü olan deputatlar da var. Eyni zamanda partiyaya yeni gənclər də gəlib. Onlar arasında xaricdə təhsil alanlar, öz ixtisaslarını güclü bilənlər də var. Bu cür gənclərdən də istifadə edəcəyik.”
17:25 / 26 Yanvar 2026
1
17:17 / 26 Yanvar 2026
40
17:14 / 26 Yanvar 2026
26
16:44 / 26 Yanvar 2026
214
16:24 / 26 Yanvar 2026
623
16:15 / 26 Yanvar 2026
175
16:07 / 26 Yanvar 2026
92
15:58 / 26 Yanvar 2026
72
15:53 / 26 Yanvar 2026
79
15:41 / 26 Yanvar 2026
58
15:36 / 26 Yanvar 2026
53
15:30 / 26 Yanvar 2026
112
15:21 / 26 Yanvar 2026
48
15:15 / 26 Yanvar 2026
597
15:01 / 26 Yanvar 2026
341
14:48 / 26 Yanvar 2026
129
14:18 / 26 Yanvar 2026
110
14:09 / 26 Yanvar 2026
280
14:08 / 26 Yanvar 2026
85
13:37 / 26 Yanvar 2026
649
13:34 / 26 Yanvar 2026
113
13:25 / 26 Yanvar 2026
293
13:15 / 26 Yanvar 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.